Araz Abdullayev: "Hücumda oynayan futbolçu üçün bunu etmək çətin olur" - MÜSAHİBƏ

15.07.2016 | 3728 dəfə oxunub

"Neftçi"nin kapitanı Araz Abdullayev Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutan Makedoniya “Şkendiya”sı ilə ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Nəticədən razı qaldınız?
- Çətin oyun oldu. Hava da yaxşı deyildi. Amma buna baxmayaraq, komanda ən azı bir qol vurmaq üçün əlindən gələni etdi ki, səfərə yaxşı nəticə ilə yollanaq. Təəssüf ki, buna nail ola bilmədik. Bu heç-heçəni pis nəticə hesab etmirəm. Makedoniyada vuracağımız bir qol bizim üçün çox böyük əhəmiyyət daşıyacaq. İstirahət edib, cavab görüşünə yaxşı hazırlaşmaq lazımdır.

- "Neftçi" sanki heç-heçəyə oynayırdı. Bunu Vəli Qasımov tapşırmışdı?
- Əlbəttə, yox. Biz qələbəyə oynayırdıq. Bundan əvvəlki görüşdə məğlub olsaq da, azarkeşlər sağ olsunlar ki, bizi bu oyunda da dəstəklədilər. Onlara bu dəstəyə görə təşəkkürümü bildirirəm.

- "Baltsan"a məğlubiyyətə görə ən çox tənqid olunan siz oldunuz...
- Necə böyük klubda oynadığımı yaxşı başa düşürəm. Azarkeşlərimizi də anlayıram. Həmin oyundakı səhvlərimizi nəzərə alsaq, bu cür tənqidləri normal saymaq lazımdır. Bunda problem görmürəm. Tənqidlərə həmişə normal yanaşmışam.

- Komandanızın oyunu alınmayanda adətən oyunu öz üzərinizə götürüb, qapıya zərbə vurmağa çalışırsınız. Amma bu oyunda bunu sizdən görmədik...
- Hücumda oynayan futbolçu üçün bunu etmək çətin olur. Əslində, şanslarımız var idi. Sadəcə, qapıya düşə bilmədim.

- "Neftçi" bu mövsüm hər üç qolu standart vəziyyətdən vurub. Fiziki cəhətdən güclü olan makedoniyalıları da bu cür cəzalandıra biləcəksiniz?
- Kim daha çox istəyəkəcsə, həmin komanda da qol vurub, qələbə qazanacaq.

- Cavab oyunu əlavə vaxta da gedə bilər? 120 dəqiqə oynamağa hazırsınız?
- Gənclərdən ibarət kollektivimiz var. Fiziki cəhətdən rəqibdən zəif olduğumuzu deməzdim. Gücümüzü elə bölüşdürməyə çalışacağıq ki, əlavə vaxtda oynamaq lazım gəlsə, bunu da bacaraq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail