Ramin Musayev: "Biz 5:1 gözləyirdik, 3:1 oldu" - MÜSAHİBƏ

19.08.2016 | 3640 dəfə oxunub

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu - “Qəbələ” – “Maribor” matçını stadiondan canlı izləyən PFL prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov qarşılaşmadan sonra birlikdə jurnalistlərin suallarını cavablandırıbblar:

- “Qəbələ” necə təsir bağışladı? Oyun haqqında fikirlərini bildirərdiz...

Ramin Musayev: “Qəbələ” bu gün “zəif” oynadı. Biz 5:1 gözləyirdik, 3:1 oldu.

Elxan Məmmədov: Hesab edirəm ki, “Qəbələ” bu gün çox yaxşı oynadı.

- “Qarabağ” isə məğlub oldu...

- E.M.: Təəssüflər ki, səfərdə məğlub oldu, ancaq cavab oyunu var. Əsas odu ki, sona qədər dəstəkləmək lazımdı.

- R.M.: “Qarabağ”ın hələ cavab matçı var. Ümid ölməyib, ümid sonda ölür.

- “Qəbələ” evdə qələbə qazandıqları oyunlarda səfərdə məğlub olur. Məsələn, Gürcüstan klubu ilə oyunda da belə oldu. Bu barədə nə düşünürsünüz?

- R.M.: Sizə bir söz deyim. Birinci hissənin 17-ci dəqiqəsində “Qəbələ” qol buraxanda yanımızda oturan yoldaşlar narazılıq elədilər ki, rəqib komanda bizdən güclüdü. Dedim ki, heç də belə fikirləşməyin, çünki Qriqorçuk rəqibi çox gözəl “oxuyub” və mübarizə yollarını bilir. Ona görə də heç narahat olmağa dəyməz. Gürcüstan komandasına burda udub, orda uduzsa da, əsas sərfəli nəticə idi ki, onu da aldı. 3:1 burda qalib gəldik, eybi yox, qoy orda da 0:1 uduzsun.

- Elxan müəllim, qarşıdan milli komandanın təlim-məşq toplanışı gəlir. Planlar necədi? Yoxlama oyunlar olacaq?

- Xeyr, yoldaşlıq oyunları nəzərdə tutulmayıb.

- Ramin müəllim, “Qəbələ”nin təxirə salınmış oyununu nə vaxta planlaşdırırsınız?

- Sentyabrda olacaq. Milli ilə bağlı yaranmış fasilədən sonra.

- Təxirəsalmanı nə ilə əsaslandırdılar?

- Komandamız əgər nailiyyət qazanırsa, ona kömək etmək hər birimizin borcudu.

- Bəs, məsələn, ingilislər necə hazırlaşırlar?

- Bu gün Sadiqovu meydanda gördünüz? Yox. Niyə? Zədəli idi. Yaxşı, biz oyunu təxirə salmayaq, aparıcı oyunçulardan biri zədələnsə, siz jurnalistlər məni qınayarsınız, ya yox?

- Onda gəlin bunu Əsasnaməyə salaq ki, komandalar Avrokuboklarda oynayırlarsa oyunun vaxtı dəyişdirilə bilər...

- Xeyr, elə indiki Əsasnamədə də yazılıb. Yəni, özümüzə bir işıq yeri qoymuşuq, narahat olmayın.

- Elxan müəllim, milliyə əsas cavabdeh şəxs sizsiniz. Bu gün “Qəbələ”nin heyətində meydanda olanların hamısı, Məhəmməd Mirzəbəyov da qarışıq legionerlər idi. Nə düşünürdünüz o heyəti görəndə?

- Aydındı ki, hal-hazırda “Qəbələ”nin əsas məqsədi odu ki, qrup mərhələsinə vəsiqə qazansın. Biz də federasiya olaraq arzulayırıq ki, futbolumuz inkişaf etsin və komandamız irəli getsin. Və ən önəmli hal budu ki, nə qədər çox komandamız qrupda oynasa, bu, Azərbaycana pul gətirir. İqtisadi tərəfdən bu çox gözəl bir şeydi. Bu mərhələdə oynayan komanda minimum 3,5 milyon avro qazanacaq. Bu çox müsbət haldı. Təbii ki, millinin baş məşqçisi də nəticə göstərmək istəyir. Biz də onu dəstəkləyirik. O, bu gün iki oyun izləyirdi. Televiziya vasitəsilə “Qarabağ”ı və stadionda “Qəbələ”ni. Bir oyunçu, iki oyunçu fərq etmir, o da milli komandanın 10-20 faizidi. Bu gün əgər Mirzəbəyov oynayırsa, deməli, milli komandanın 10 faizi oynayır. Prosineçki də onu izləyir və sevinir. Legionerlərlə yanaşı oynayan yerli oyunçunun səviyyəsi də artır.

- Səhv etmiriksə, Eddi İsrafilov “Kadis”lə anlaşıb. İspaniya aşağı liqasında oynayan bir oyunçunun milliyə çağırılması nə dərəcədə doğrudur?

- Əsas odu ki, o hələlik peşəkar çempionatda çıxış edir. Həvəskar liqaya keçməyib. Qalan şeylər isə Prosineçkinin qərarıdı. Dəvət edər-etməz, özü bilər.

- Son vaxtlar legioner limitinin ləğvi ilə bağlı müzakirələr gedir...

- E.M.: Çempionat artıq başlayıb.

- Növbəti mövsümlər üçün...

- E.M: Bu haqda İcraiyyə Komitəsi qərar verməlidir.

- R.M.: Siz bunun tərəfdarısınız? Yoldaşlar, unutmayaq ki, qarşıdan 2020-ci il gəlir. Biz onu da fikirləşməliyik. Biz yerli oyunçulara üstünlük verməliyik, nəinki legionerlərə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail