Fariz Nəcəfov: "Bizim üçün çox çətin olacaq" - MÜSAHİBƏ
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun
Stadium.Az saytına müsahibəsini təqdim edirik:
- Ötən
mövsüm başa çatadan sonrakı dönəmi komandanız üçün necə dəyərləndirrsiz?
- Ötən mövsüm komanda formalaşanda,
futbolçuları heyətə cəlb edəndə “Qəbələ” belə populyar deyildi, əyalət
komandası kimi tanınırdı. Bu mövsüm komandanı formalaşdıranda isə “Qəbələ”
Avropa Liqasında qrupda oynamış və tanınmış bir klub idi. Buna görə də komandanın
tanıtımını etmək və futbolçuların heyətə cəlb olunması bu halda daha rahatdı.
Ötən mövsümkü komanda o heyətlə Avroliqada qrupa düşdü və bizim üçün çox uğurlu
nəticə idi.
İndiki “Qəbələ” isə daha az büdcə isə bunu təkrarladı. İndi biz daha az büdcəylə bunu etdiyimiz və uğurumuzu təkrarladığımız üçün sevinirik. Dəyişməyən isə oyun üslubumuz və baş məşqçidir.
- “Qəbələ”
yarandıqdan sonra ən çox tənqid olunan klubardan biri idi. Kənardan baxanda
görünən o idi ki, komandaya çoxlu sayda pul xərclənir, amma ortada nəticə
yoxdur. İçəridə nələr dəyişdi ki, komanda birdən birə yüksəlişə keçdi?
- Məncə tənqid etməyə tələsirdilər. Birdən birə
komanda formalaşdırmaq çətin məsələdir. O tənqidlərin içində bizim nəticə
çıxartdığımız, yerində olanları da vardı. Amma elələri də vardı ki, “altında”
başqa nüanslar vardı, qərəzli idi. Biz bilirik ki, düz yoldayıq və nəticələr də
qazanacağıq. Klub yarandığı gündən prezidentimizin fikirlərinə əsasən, daha
yaxşı komanda olmaq üçün öncə infrastrukturu, akademiyanı yaratmalıydıq və
bundan sonra bəlli bir nəticə üçün mübarizə aparmalıydıq. Biz də həmin infrastrukturu, akademiyanı yaratdıq və Toni
Adamsın gəlişiylə nəticəyə oynamağa başladıq. Bundan sonra Yuri Syominə qədər tənqid
olunan dövr oldu. Syomin gələndən sonra Avroliqaya vəsiqə qazandıq və ölkə
kubokunun finalına yüksəldik. Burada da təcrübə öz sözünü dedi və biz baş məşqçiylə
anlaşa bilmədik. Buna görə də Avroliqada çox uğursuz çıxış etdik. Roman
Qriqorçuku komandaya dəvət edəndən sonra isə buna kimi gördüyümüz əziyyətin bəhrəsini
görməyə başladıq. Sanki bununla detallar yerinə bərkiməyə başladı.
- Syominin
gedişi komanda üçün gözlənilməz olmuşdu. İndi heç düşünürsüz, yaxşı ki,
gedibmiş elə?..
- Belə demək də düzgün səslənməz. Biz Syominlə əldə etdiyimiz nəticəyə də sevinmişdik. Ölkə çempionatında mükafatçı olmuşduq, kubokun finalına yüksəlmişdik və Avroliqaya vəsiqə qazanmışdıq. Bunların hamısı bizim üçün uğur idi. Komanda individual futbolçular üzərində qurulsa da, baxımlı futbol sərgiləyirdi. Həmin dövr üçün biz bu nəticələrə çox sevinmişdik. Əgər bu gün Syominin gedişinə sevinsək və sabah Qriqorçuk komandadan gedərsə, onun yerinə gələn məşqçiylə daha yaxşı nəticə qazansaq, gərək Romanın da gedişinə sevinək. Bu halda isə onların uğurlarına kölgə salmış olarıq.
- Klub
olaraq “Qəbələ”nin ölkə çapında futbola aid hər bir şeyi var. Yalnız stadion
problemi var ki, Avroliqa oyunlarınızı öz stadionunuzda oynaya bilmirsiz. Bu
barədə plan varmı?
- Bizim əvvəldən böyük proyektlərimiz vardı.
Bunlardan biri də böyük stadionumuzu inşa etmək idi. Ancaq sonradan azarkeşlərin
stadiona az gəldiyini nəzərə alaraq, bunu təxirə saldıq. Və əvəzedicilərin
oyunları üçün nəzərdə tutulan stadionun azarkeş tutumunu böyütdük ki,
oyunlarımızı orada keçirək. Orada da hər şey bütün standartlara cavab verir, sadəcə
azarkeş tutumu azdı. Biz Avroliqa oyunumuzu 2500 azarkeş tutumu olan stadionda
necə oynayaq?
Ancaq bu barədə də işlərimiz gedir və stadionun azarkeş tutumunu artıracağıq ki, ən azından qrup mərhələsinə qədər olan oyunlarımızı öz stadionumuzda keçirək.
- Yeni “Qəbələ”ni
biz Avroliqada gördük. Bu heyətdən və göstərilən futboldan razısız?
- Mənə hər dəfə bu sualı verəndə deyirdim ki,
zamana etiyac var. İndi isə artıq xeyli zaman keçib və suala cavab vermək olar.
İlk öncə futbolçuların insani keyfiyyətləri və xarakterləri xoşuma gəlib.
Komandada müsbət atmosfer var. Futbolçu kimi də çox uğurlu çıxış edirlər.
Bilirsiz ki, oyunlarımızı Qəbələdə oynayırıq və yeni komanda hələ ora getməyib.
Yeni gələn futbolçularımız Qəbələdə olmayıblar. Məncə Qəbələyə getdikdən sonra
onların ora uyğunlaşması üçün zamana ehtiyac olacaq. Avropadan gələn insanlar
üçün rayon yeri cansıxıcı ola bilər. Bu mərhələni də uğurla keçsək hər şeyi
yaxşı qiymətləndirmək olar.
- Amma
etiraf edək ki, indiki “Qəbələ” daha inamlı təsir bağışlayır...
- İstəyirəm sizlə razılaşım, amma ötən
mövsümkü komandanın əziyyətini də yerə vurmaq istəmirəm. İndiki komandada həmin
futbolçulardan var. Sadəcə ötən mövsüm bəzi futbolçular burada uyğunlaşa bilmədilər.
Bu heyətin əsas üstünlüyü odur ki, adaptasiya dönəmin çox tez keçdilər.
- Rəşa
Sadiqovdan çoxları belə oyun gözləmirdi. Mövsüm başlayandan kapitan sanki
ikinci cavanlığını yaşayır...
- Rəşadın böyük təcrübəsinin olmasının bizim üçün böyük əhəmiyyəti var. Təcrübəsinin hesabına məşqçinin tapşırıqlarını daha tez qavrayır və tətbiq etməkdə çətinlik çəkmir. Məşqçinin oyun üslubuna daha tez uyğun gələn futbolçulardan biridir və kapitandır, lideridir. Razıyam ki, yaş da öz sözünü deyir və tez-tez zədələnir, amma inanıram, Rəşad hələ bizə kömək edəcək.
- Roman
Qriqorçukun müqaviləsi bu mövsümün sonuna kimidir. Artıq yeni müqavilə haqda
düşünmürsüz?
- Qriqorçuk insan olaraq elə bir şəxsdir ki,
qarşılıqlı hörmətə əsaslanan münasibətə daha çox üstünlük verir. Roman həqiqətən
kişi adamdır. Biz ilk dəfə ona təklif yollayanda maddi baxımdan "Çernomorets"də
qazandığından daha yaxşı təkliflər irəli sürmüşdük. Ancaq o, "Çernomorets"i büdcəsinin aşağı düşməsinə baxmayaraq onları
atıb gəlmədi. Dedi ki, komandada pul azalıb deyə onları atıb gələ bilmərəm.
Roman ancaq komanda dağılandan sonra oranı tərk edib bizə gəldi. Eyni hal bizdə
də təkrarlandı. “Qəbələ”nin büdcəsi aşağı düşəndə Qriqorçukun müqaviləsinə də dəyişikliklər
edildi. Həmin anda onun bizə qarşı etdiyi jest, “mənim üçün pul axrıncı yerdə
dayanır” deməsi onun şəxsiyyətinə olan hörmətimi daha da artırdı. Onunla
centlimen sayağı danışığımız olub ki, adlı-sanlı komandalardan təklif alarsa
getməyinə heç bir problem yaratmayacağıq. Düzdür, rəsmiyyətin olması peşəkarlıqdı,
ancaq biz inanırıq ki, Roman bizi pis vəziyyətdə qoyub burdan getməz.
- “Qəbələ”nin
çempionatda qızıl medal üçün mübarizə aparmasının vaxtı çatıbmı?
- Bunu hər il düşünürük. Ötən mövsüm də düşünürdük
ki, çempionluq üçün oynayaq. Çempionatda heç ikinci də olmamışıq. Ötən mövsüm
öz səhvlərimiz də oldu, amma hakimlər bizi çox sıxdı. Bunların hamısı faktlarla
sübut olunub ki, hansı oyunda neçə xalımızı alıblar. Mən rəqiblərimizi
günahlandırmıram, amma əsas rəqiblərimizlə oyunlarda bizim xallarımızı əlimizdən
aldılar. Hakimlərin əlimizdən aldığı xalları hesablayanda elə gəlib çempion
olurduq. Elə komandalar var ki, onlar heç 1 xalını da hakimlərə görə itirməyiblər.
Bizi narahat edən əsas amillərdən biri yerli
futbolçularla bağlıdır. İndi bizim komandada 4 əsas yerli futbolçu var. Rəşad
Sadiqovla Rəşad Eyyubov, Asif Məmmədov və Məhəmməd Mirzəbəyov. İndi isə Ruslan
Qurbanov transfer edilib. 5 limitin olduğu halda gərək 10-11 səviyyli yerli
futbolçumuz olsun. Biz isə əsas komandaya akademiyamızın futbolçularını cəlb
etmişik.
- Avrop Liqasında
qrupdakı rəqiblər də bəllidir. “Qəbələ” qrupdan çıxa bilərmi?
- Hər şey ola bilər. Biz özümüzdən hər şey gözləyirik. Hamı bilir ki, bu qrupda həm büdcəsinə, həm də gücünə görə ən zəif komanda bizik. Ancaq biz bundan da çətin qrupa düşə bilərdik. Odurki sadəcə münasib qrupa düşdüyümüzü demək olar. Ancaq bizim üçün çox ağır olacaq. “Anderlext” Rumıniya millisinin yarımmüdafiəçisini 3.8 milyona alıb. Biz isə bunu xəyal edirik...
Vüsal BƏBİRLİ
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |