"Böyükhesablı qələbə arzulasaq da, belə gözləmirdik" - MÜSAHİBƏ

13.09.2016 | 3314 dəfə oxunub

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatına millimiz qələbə ilə başlayıb. Mərakeş üzərində 5-0 hesablı qələbədən sonra yığmamızın qapıçısı Rövşən Hüseynli müsahibə verib:

Belə hesabla qələbə qazanacağınızı gözləyirdinizmi?

- Çətin oyun oldu. Ciddi hazırlaşmışdıq və rəqibi düzgün təhlil etmişdik. Böyükhesablı qələbə arzulasaq da, belə gözləmirdik. Ümumi komanda işinin nəticəsində qələbə qazandıq.

Qarşıda daha güclü rəqiblərlə qarşılaşacaqsınız. Bu oyunlar barədə fikirləriniz? 

- Rəqiblərimizin gücü haqqında məlumatımız var, Avropa və Asiya çempionlarıdır. Bizi çətin oyunlar gözləyir. Ancaq yaxşı oyun və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Daha diqqətli və istəkli olmalıyıq.

İlk dəfə iştirakçı olduğumuz mundialda komandanın qarşısına hansı vəzifə qoyulub?

- Qarşımıza qoyulan ilk vəzifə qrupdan çıxmaq, 8/1 finala vəsiqə qazanmaqdır. Ondan sonra isə hər oyunda yaxşı nəticə və daha çox irəli gedərək tarix yazmaq istəyirik.

Azarkeşlərə sözünüz varmı?

- Bizi sevən və dəstəkləyən hər kəsə həm öz adımdan, həm də komandamız adından ayrı-ayrılıqda təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu bizim borcumuzdur. (Goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail