Rauf Əliyev: "Mənim üçün milliyə çağırılıb-çağırılmamaq elə də vacib deyil" - MÜSAHİBƏ

01.10.2016 | 3207 dəfə oxunub

Ölkə çempionatının VII turu çərçivəsində keçirilən “İnter” – “Zirə” matçından (1:1) sonra ev sahiblərinin hücumçusu Rauf Əliyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun sonlarında qələbə əldən getdi. Necə düşünürsüz, nəticəni ədalətli saymaq olar?

- Əlbəttə ki, yox. Çünki biz öz meydanımızda 3 xal üçün oynayırdıq. Çox vacib 2 xal itirdik. Qələbə seriyasını bu görüşdə də davam etdirmək istəyirdik. Bir tərəfdən baxanda özümüz 2-3 oyunda son saniyələrdə qalib gəlmişdik. Amma bu dəfə əksinə oldu. Məyusuq, lakin futboldu.

- Bazar günü çempionluğa 2 əsas namizəd “Qəbələ” və “Qarabağ” üz-üzə gələcək. Bu görüşdə ən azı, 1 komanda xal itirəcək...

- “Qəbələ” və ya “Qarabağ”ın xal itirməsi bizim üçün o qədər də vacib deyil. Bizim üçün əsas öz oyunlarımızdı. Rəqiblərimizin görüşlərini fikirləşmirik. Bu gün məyus olduq, çünki 2 xal itirdik.

- İki fərqli hissə izlədik. Fasilədən sonra “Zirə” daha yaxşı oynadı. Qələbə hesabını qorumağa nə çatmadı?

- Çempionat görüşlərimizi yəqin ki, izləyirsiz. Onsuz da, müdafiə futbolu oynayırıq. İstər-istəməz komanda arxaya çəkilir. Çünki qalib gəlirik, rəqib komanda təzyiq edir. Buna görə də, oyunu istər-istəməz müdafiədən qururuq. Bu gün də belə oldu. İstəyirdik ki, “Zirə”ni əks-hücumda tutaq. Qələbəyə çox yaxın idik, amma qalibiyyət son anda əldən çıxdı.

- Qol buraxandan sonra çox aqressiv oldunuz...

- Təsir edər də. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə qol buraxırsan, necə təsir etməsin? Çox vacib 2 xal itirdik. 4-5-ci sırada olsaydıq, bu xal itkisi o qədər də təsir etməzdi. Amma liderliyə yüksəlmək şansımız var idi.

- Əvəzlənəndə də məyusluğunuz hiss edildi...

- Yox. Son dəqiqələrdə yorulmuşdum. Özüm də baş məşqçiyə demək istəyirdim ki, məni əvəzləsin.

- Millinin gələn ay Norveç və Çexiya ilə keçirəcəyi oyunlara dəvət alıb-almayacağınız maraqla gözlənilir...

- Yığma barədə o qədər də danışmaq istəmirəm. Artıq mənim üçün milliyə çağırılıb-çağırılmamaq elə də vacib deyil. Çağırsalar, canımı qoymağa hazıram. Bu söhbətlərdən bir növ yorulmuşam. Mən öz oyunumu göstərirəm. Çağırmasalar, o qədər də məyus olmayacağam. Artıq alışmışıq. Yığmada başqa ab-hava var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail