Norveç millisinin baş məşqçisi: "Bu, mənim üçün yeni məlumatdı" - MÜSAHİBƏ

07.10.2016 | 3345 dəfə oxunub

Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə Bakıdakı oyundan öncə bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bakıda yenidən olmağımıza görə xoşbəxtik. İki il əvvəl də burda rəsmi oyunda iştirak etmişdik. Azərbaycanda futbolun inkişafı bizi ancaq sevindirir. Məlumatımız var ki, yığmanız Avropa Liqasında çıxış edən futbolçulardan qurulub.

- Coşua Kinqin durumu necədi?

- Yaxşıdı, sabahkı oyuna hazırdı.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Əlbəttə ki, qalib gəlmək istəyirik. Son oyunumuz qolsuz bərabərliklə tamamlanmışdı. Sabah uğurlu nəticəyə ümid edirik.

- 68 min tutuma malik arenada çıxış edəcəksiniz. Bundan əvvəlki görüşü isə 8-ci km qəsəbə stadionunda keçirmişdiniz. Arenaların tutum fərqinin sizin üçün bir fərqi varmı?

- Stadion çox gözəldi. Xoşbəxtik ki, sabahkı görüş bu stadionda olacaq. Ümid edirik ki, sabah ot rənglənməyəcək. Çünki son görüşdə bu halla üzləşmişdik.

- Son oyunda qarşılaşdığınız Azərbaycan yığması ilə indiki arasında hansı fərqləri görmüsünüz?

- Komandada inkişaf göz önündədi. Yeni məşqçi artıq iki ildi yığmaya rəhbərlik edir. Əksər oyunçular “Qarabağ”ın formasını geyinir. Bu klub da Avropa Liqasında mübarizə aparır.

- Bakıya çarter reysi ilə gəlmisiniz və bu, narazılıqla qarşılanıb. Düşünmürsüz ki, məğlub qayıtsanız, daha böyük narazılıq yarana bilər?

- Bu, mənim üçün yeni məlumatdı. Ümid edirəm ki, həmin təyyarə bizi Bakı Hava Limanında gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail