Elxan Abdullayev: "Onlar bizdən üstün idi"

17.10.2016 | 3697 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Zirə” layiqli qələbə qazandı. Onlar bizdən üstün idi. Bizim oyuna gəlincə,məğlubiyyətin səbəbləri var. Qırmızı vərəqə bütün planlarımızı pozdu. 

- "Neftçi”nin çıxış yolunu nədə görürsünüz?

- Müdafiəçilərimiz hər oyun rəqibə hədiyyələr verir. Bunlar futbolçunun səviyyəsindən irəli gəlir. Bu oyunu bərabərləşdirmək çətin idi. Sadəcə, komandanın üzərində işləmək lazımdır. Durub sizə nağıl danışmayacam ki...
 
- Pesallinin oyununu necə dəyərləndirə bilərsiniz?

- O, yeni futbolçudur və 25 dəqiqə oynadı. İndi onun haqda nəsə deyə bilmərəm. 
 
- Komanda 90 dəqiqə ərzində qapıya dəqiq zərbə endirə bilmədi. Komandanı bütünlüklə dəyişmək istəmirsiniz?

- Biz işləməliyik. Heç kimi qovmaq fikrim yoxdur. Çünki onu qovduqsa, yeri boş qalacaq. Bizim səhvlərimiz çoxdu, zəifik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail