Rasim Ramaldanov: "Baş hakim həmin epizod zamanı vərəqə vermək istəmirdi" - MÜSAHİBƏ

13.02.2017 | 4550 dəfə oxunub

“Zirə” ilə oyunda yeni komandasında debüt edən “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov heç-heçə başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dramatik sonluq və cəmi 1 xal...

- Oyuna hazır idik. Bilirdik ki, bizi çətin 90 dəqiqə gözləyir. Qalib gəlmək istəyirdik. Üç xal vacib lazım idi. İki dəfə hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik.

- Son dəqiqədə buraxılan qol azlıqda qalmağın nəticəsidi?

- İkinci qolu vurduğumuzu gördüm. Rəqibin bərabərlik qolunu görmədim. Fikirləşdim ki, artıq ikinci topu vurmuşuq və qələbə qazanacağıq. Amma...

- Premyer Liqaya dönüşünüz həyəcan yaratmışdımı?

- Həyəcan yox idi. Komanda ilə məşqlərdə iştirak edirəm, uyğunlaşmağa çalışıram. Özümü rahat hiss edirəm. Yaxın vaxtlarda tam adaptasiya olacam.

- İkinci sarı – qırmızı vərəqə epizodunda rəqibi tutmuşdunuz?

- Əvvəlcə sarı vərəqə verdi, üstündən 5-10 dəqiqə keçməmiş ikinci sarı vərəqəni göstərir. İkinci sarı verilməli deyildi. Baş hakim də həmin epizod zamanı vərəqə vermək istəmirdi, amma köməkçi-hakimin təklifi ilə bu qərarı qəbul etdi. Düzgün qərar deyildi. Biz mübarizə aparırdıq. Baş hakimə də narazılığımı bildirdim. Artıq gec idi, vərəqə göstərilmişdi.

- Doğma meydanda “Neftçi” və AZAL-la keçirilən oyunlarda “Qəbələ”nin lehinə qərarlar verilmişdi. Bu dəfə əksinə addım atıldı. Hakimlərin bu cür qərarları nədən qaynaqlanır?

- Hakimlərin idarəçiliyi haqda danışmaq istəmirəm. Öz sədrləri var, yəqin müzakirə edəcəklər.

- Baş məşqçi sizə bir irad bildirmədi?

- Heç nə demədi.   

- Növbəti turda “Qarabağ”la vacib oyuna çıxacaqsınız və mərkəz müdafiəçiniz yoxdu. Rafael Santos mövsümü başa vurub, Vernidub isə zədəlidi. Baş məşqçi kimə güvənə bilər?

-  Əlbəttə, çətin olacaq. Baş məşqçi yəqin kimisə tapar və mərkəz müdafiəçisi mövqeyində çıxış etməyi tapşırar. Oyuna qədər həmin futbolçunu hazırlaşdıracaq.

- İlk oyununuzda qırmızı vərəqə almağınız nədən irəli gəlirdi?

- Heç kim istəməz ki, debütü qırmızı vərəqə ilə yadda qalsın. Mənə dəstək vermək əvəzinə, meydandan qovulmağım yaxşı hal deyil. Birinci oyunumu belə yarımçıq tərk etməməli idim.

- Bir müddət Gürcüstan çempionatında çıxış etdiniz. Dönüşünüzdə gördükləriniz gözlədiklərinizlə üst-üstə düşdü?

- Hakimlərlə bağlı danışmaq istəmirəm. Hər şey göz qabağında baş verdi. İndi oyunun videotəkrarına da baxacağıq.

- Komandanız ikinci qolu vurduqdan sonra dəhlizdə var gücünüzlə qışqırdınız. Sanki vurulan qollu sığortanız hesab edirdiniz...

- Sevinmişdim ki, qələbə qazanırıq. Çünki komanda mənə görə azlıqda qalmışdı. Bu məqam qolu elə qeyd etməyimə səbəb oldu. Fikirləşdim ki, ikinci qolu vurduq, yəqin qələbə qazanacağıq. Amma son dəqiqələrdə bərabərlik qolunu buraxdıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail