Elxan Məmmədov: "AZAL yaşayacaq" - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədov İslamiadanın futbol yarışları çərçivəsində millimizin Kamerunla oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyun sizdə necə təəssürat yaratdı?
- Çətin matç oldu. Digər görüşləri də izlədim. Müqayisə etsək, Kamerun fiziki və taktiki cəhətdən güclü komandadı. Millimiz yaxşı mübarizə apardı. Xüsusilə, ilk 20 dəqiqədə yaxşı çıxış etdik. Qol imkanlarımız olsa da, bundan yararlana bilmədik.
- Az öncə millimizin oyunlarına bütün biletlərin satıldığı açıqlansa da, tribunalarda az sayda azarkeş var idi...
- Bu sualı mənə yox, Təşkilat Komitəsinə verin. Çünki biletin satışına onlar nəzarət edirlər.
- “Sektor 11” azarkeş qrupu əllərində baraban olduğu üçün arenaya buraxılmadılar. Bununla bağlı nə deyə bilərsiz?
- Bu barədə eşitdim, ancaq bu Təşkilat Komitəsinin səlahiyyətində olan məsələdi. Onlar daha aydın açıqlama verə bilərlər.
- Riçard Almeydanın milli pasport məsələsi öz həllini tapmadı?
- Almeydanın məsələsi ilə bağlı gələn həftənin birinci günü FİFA-ya müraciət edəcəyik. Növbəti 4 həftədə onların bu məsələ ilə məşğul olan xüsusi komitəsi qərar verəcək.
- Onda belə çıxır ki, Şimali İrlandiya ilə matça kimi çatmayacaq?
- Bilirsiz, 4 həftə konkret vaxt deyil. Ola bilər ki, 2 həftə olsun. Gözləyəcəyik.
- Qırğızıstan Futbol Federasiyasının prezidenti qonaq gəlmişdi. Onlarla söhbətdə yoldaşlıq oyunu ilə bağlı danışıqlar oldumu?
- Xeyr, elə bir söhbət olmadı. Mövzu başqa idi. Onlar Bişkekdə baza tikirlər, bunun üçün bizim bazamıza baxıb faydalanmaq istəyirdilər. Yoldaşlıq oyunu isə ola bilsin ki, gələcəkdə boş gün olsa, bu barədə düşünə bilərik.
- Premyer Liqadakı klubların sayı ilə bağlı dəqiq bir məlumat varmı?
- Rəsmi olaraq, bir nəticə yoxdu. Lisenziyalaşdırmanı gözləyəcəyik. İcraiyyə Komitəsinin son iclasında qeyd olunmuşdu ki, 8 komanda olacaq. Təbii ki, arzumuz budu ki, 10 komanda iştirak eləsin. Amma tələblərə uyğun olanlar əsas çempionata buraxılacaqlar. Yenə deyirəm, arzumuz 10 olsa da, sənədlərə baxanda 8 komanda hazır görünür.
- AZAL-ın yaşaması üçün AFFA tərəfindən hansısa dəstək mümkündürmü?
- AZAL yaşayacaq və I divizionda çıxış edəcək. Komandanın öz imkanları var, aşağı dəstədə çıxış etmək onlar üçün problem olmayacaq.
- Lisenziyalaşdırma ilə bağlı 8 komandanın hazır olduğunu dediniz. Onlardan 7-si keçən mövsümün iştirakçılarıdır. Bəs biri kimdi?
- Müraciətlərə baxacağıq. Üç komanda müraciət edib. Bəziləri ancaq müraciət yollayıb, ancaq sənədlər hələ gəlməyib. Onların adını indi açıqlaya bilmərəm. Ayın 12-də dəqiq məlum olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |