Mahir Şükürov: «Adams öz mentalitetini bizə yeridə bilmədi» - MÜSAHİBƏ

«Maraqla gözləyirəm ki, üz-üzə gələndə həmin insanlar mənim üzümə necə baxacaqlar»

05.12.2011 | 8035 dəfə oxunub

Mahir Şükürovun dopinqdə yaxalanması xəbərini ölkə ictimaiyyətinə ilk dəfə biz – «Stadium.Az» çatdırmışdı. Bundan sonra Mahirlə bir neçə dəfə müsahibə almağa cəhd etsək də, alınmamışdı. Nəhayət Mahirlə danışa bildik. Şükürov müsahibəyə etiraz etmədi, amma xahiş etdi ki, konkret olaraq dopinqlə bağlı ona sual verməyək. Mahirin çətin durumunu nəzərə alaraq, dopinq barədə onunla daqışmadıq. Söhbətimiz isə belə alındı

rnrn

 -rnHazırkı durumun necədir? Futbolsuz nə qədər çətindi sənə?

rnrn

- Əvvəlcə necə idi, indi də elə.

rnrn

- İndiki durum səndə psixoloji gərginlik yaratmır?

rnrn

- Yox, belə deməzdim. Həyatdı, bununla barışmaq lazımdır. Heç kim deyə bilməz ki, başına nə gələcək.

rnrn

 -    rnBaxma da, yenə də. Həmişə oynamısan, amma indi futbolsuz qalmısan...

rnrn

-    rnMənə pis təsir edən yeganə məqam komandamın zəif çıxışıdır. Bir də odur ki, kapitan olsamrnda, belə vəziyyətdə komandama kömək edə bilmirəm.

rnrn

-    rnKomanda sənə necə dəstək oldu?

rnrn

-    rnSağ olsunlar, bu barədə kimdənsə narazılığım yoxdur. Rəhbərlik və komanda yoldaşlarım bu mənada mənə hər cür dəstək göstərir.

rnrn

-    rn“Uman yerdən küsərlər” deyilir. Bu mənada səndə necədi vəziyyət?

rnrn

-    rnHəyatda və futbolda paxıllıq deyə bir şey olmayıb məndə. Hər bir insanın öz qisməti var. Elə insanlar vardı ki, onlara çox yaxşılıq etmişdim, amma onlardan heç bir mənəvi dəstək görmədim. Amma yaxşılıq etmədiyim insanlardan, heç gözləmədiyim yerlərdən böyük mənəvi dəstək gördüm. Buna görə də, çox təəssüflənirəm. Ona görə ki, onlara vaxtında çox yaxşılıq etmişəm, gərək etməyəydim.

rnrn

-    rnBir məsəl var, “balığı at suya, balıq bilməsə də, xaliq biləcək”...

rnrn

-    rnHə, bu da düzdü. İnanın, tam səmimi deyirəm, bəlkə də bunun olması yaxşı oldu. Buna görə də bir çox insanları yaxşı tanıdım. O məna da ki, həmin insanlar mənə sığınıb, məndən istifadə edirlərmiş.

rnrn

-    rnHəmin futbolçuların adlarını deyə bilərsən?

rnrn

-    rnAd çəkmək istəmirəm, özləri yaxşı bilirlər. Hamı bilməlidir ki, hər an, hər kəsin başına iş gələ bilər. İndi maraqla gözləyirəm ki, üz-üzə gələndə həmin insanlar mənim üzümə necə baxacaqlar.

rnrn

-    rnMəlumdur ki, qərar nə vaxt veriləcək?

rnrn

-    rnHəftənin sonuna kimi konkretrnbilinəcək.

rnrn

-    rnToni Adamsın gedişi “Qəbələ”də nəyi dəyişib?

rnrn

-    rnDeməzdim ki, Adams gedəndən sonra komandada nələrsə dəyişib. İndi başqa məqçi – Fatih Kavlakla işləyirik. Rəhbərlik ona etimad göstəribsə, bizim borcumuzdur ki,rnhocaya kömək edək. Mən də bir kapitan kimi ona kömək etməyə hazıram.

rnrn

KAVLAK NƏ EDƏ BİLƏCƏK?

rnrn

-    rn“Qəbələ”də çox təcrübəli, müxtəlif çempionatlar görmüş oyunçular var. Elə sən özün də. Fatih Kavlak isə təcrübəsiz biridi. Komandanı toparlamağə bacarır?

rnrn

-    rnMəşqçi bunları görüb, nəticə çıxarıb baş məşqçi olmalıdır. Mənə elə gəlir ki, Fatih hoca bunurnbacaracaq. Ona vaxt vermək lazımdır ki, öz komandasını yaratsın. Hər məşqçi komandaya özüylə yeni futbolçular gətirir ki, taktikasına uyğun olsun. Ola bilər ki, bəzi futbolçular onun taktikasına uyğun gəlmədiyindən, komandanı istədiyi kimi oynada bilmir.

rnrn

-    rnBəlkə də yeganə ölkə Azərbaycandır ki, buradakı çempionatda məşqçi dəyişəndə,  heyət də tam dəyişir. Bunu necə qiymətləndirirsən?

rnrn

-    rnMən də düşünürəm ki, bu, doğru addım deyil. İngiltərə, İspaniya, Türkiyə, Almaniyada və inkişaf etmiş futbol ölkələrində tam fərqlidi bu. Oradarnkomandada çox səviyyəli oyunçular çıxış edir. Amma bizdə elə moyunçular yoxdur axı. Buna görə də, məşqçi gələndə məcburdu heyəti dəyişsin. Səviyyəli legionerlər də reytinqə görə bura gəlmirlər.

rnrn

-    rnMəncə sizdə yaxşı futbolçular var, amma komandaya xeyir vermirlər...

rnrn

-    rnMən də sizinlə razıyam. Bura gələn futbolçu ancaq pulu fikirləşir. Legioner futbolçu meydanda məni qədər alışıb yanmır. Uduzanda onlar üçün normal haldır. Amma mən fikir edirəm, deyirəm şəhərə necə çıxacam, dost var, tanış var. Amma onların vecinə deyil heç nə.

rnrn

ADAMSLA MÜNAQİŞƏSİ OLUBMU?

rnrn

- Yayılan xəbərlərə inansaq, sənin dopinqdə ilişməyində keçmiş baş məşqçin Toni Adamsın əli olub. Düzdü bu?

rnrn

- Ay qardaş, bu, yalan söhbətdir. Elə bu gün də, mənim Adamsla yaxşı münasibətlərim var.

rnrn

- Onunla aranızda hansısa narazılıq olub?

rnrn

- Adamsla mənim aramda nə narazılıq olub, nə hansısa mübahisə. Hətta mən oyunda qırmızı vərəqə alanda, mənə yaxınlaşıb dedi ki, «mən də futbolçu olmuşam, səni başa düşürəm, sonna qədər yanındayam». Bu məşqçi həmişə futbolçulara xoş münasibət göstərib.

rnrn

- Səncə Adams burada niyə işini qura bilmədi ?

rnrn

- O, futbolçuları boş buraxmışdı. Sizə bir məsəl deyim, xaricdə, xüsusən də İngiltərədə, İspaniyada futbolçular oyundan qabaq «zbora» yığışmırlar. Bunu biz də xaricdə millinin oyununda görmüşüq. Oyundan qabaq hamısı öz maşınında stadiona gəlir. Stadionda toplaşırlar, oyuna çıxırlar. Onlar peşəkardırlar, uşaqlıqdan da belə öyrəşiblər. Bizdə amma belə deyil, heç vaxt da olmayıb. Adams isə komandaya bunuyenilik gətirmək istəyirdi. Əslində o işinə peşəkar yanaşırdı, amma mentaliteti unudurdu. Qısası, Adams bu mentaliteti bizə yeridə bilmədi. Komandada əcnəbi futbolçular çox olanda da, anlaşılmazlıqlar yaranır. Mənə elə gəlir ki, komandada yerli uşaqlar çox olsun. Gəlsin e, məsələn, komandaya 5 səviyyəli legioner gəlsin, baxaq onlardan nəysə öyrənək. Legioner bura gəlir, məndən zəifdirsə, məndən öyrənəcəksə, məndən də çox pul qazanacaqsamənim nəyimə gərəkdir e? Onlar onda nəyə lazımdır?

rnrn

FOQTS BARƏSİNDƏ

rnrn

- Foqts da qaldı millidə

rnrn

- Gəlin real danışaq, məncə çətin qrupa düşmüşük. Portuqaliya, Rusiya və İsraildə çıxış edən oyunçuları hamı tanıyır. Bir baxaq görək onlar harada çıxış edirlər dəBizdə futbolçu seçimi də güclü deyil ki, məşqçi gəlib nəyəsə uğura nail olsun. Milliyə çağırılan oyunçuların da bir çoxu öz komandasında əsas heyətə düşmür.

rnrn

- Onda Foqts milliyə oynayan oyunçuları dəvət etsin?

rnrn

- Oynayanları çağırır da, onlar da 11-12 futbolçudu. Gəlin real danışaq da. Düzünə qalsa, mən onun qalmasına sevindim.

rnrn

- Foqts burada jurnalistlərə hörmət etmir, futbolçuları öz yerlərində oynatmır

rnrn

- Əgər məşqçi məni məcbur solda oynadırsa, sadəcə oynamaq xatirinə başımı aşağı salıb gedirəmsə, deməli, məşqçidə günah yoxdur da. Mən məşqçiyə desəmi ki, solda oynaya bilmirəm, o mənə nə deyə bilər ki?

rnrn

- Amma futbolçu bunu məşqçiyə deyir və bir neçə oyun da baş məşqçi onu heyətə salmır...

rnrn

- Ola bilər e, ona hələ də vaxt vermək lazımdı. Axı Foqts hansı ulduz oyunçularla uğur qazana bilməyib e. Bir böyük kimi ona məsləhət etmişik. Bundan sonra da Rail Məlikov solda oynamadı. Özü də görürdü də.

rnrn

- Təkcə Raillə də iş bitmir axı

rnrn

- Bilirəm. Mən onu da deyə bilərəm ki, Vurğun Hüseynovu, Ruslan Abışovu dayaq yarımmüdafiəçisi kimi görmürəm. Hamısına da demişəm ki, yalnız bir oyun belə oynaya bilərsiz, amma daimi yox. Baş məşqçidir də, ona nəysə deyə bilmərəm axı. Deyim, sonra da mənə kobud cavab versin, düz çıxmaz axı.

rnrn

Söhbətləşdi: Vüsal Bəbirli



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail