"Şerif"in baş məşqçisi: "Mən özüm o səbəbləri yaxşı bilirəm"

26.07.2017 | 4104 dəfə oxunub

Moldovanın “Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox çətin qarşılaşma oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bunu bacarmadıq. İkinci hissədə “Qarabağ” bizi qapımıza tərəf sıxmışdı. Dünən də belə bir oyun olacağını demişdim. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan daha yaxşı oynaya bilərdik.

- Bu oyunla hansı nəticəyə ümid edirsiniz? 

- “Qarabağ”ın topla yaxşı oynadığını bilirdik. Buna görə də cinahları bağlamışdıq. Bizim əsas məqsədimiz əks-hücumda oynamaq idi. Səfərdə oynadığımız üçün bundan başqa oyun sərgiləyə bilməzdik.

- “Qarabağ”ın qapısına dəqiq zərbə vura bilmədiniz...

- Düşünürəm ki, “Qarabağ”ın qapısında təhlükəli epziodlar yaratmağı bacardıq. Amma ikinci hissədə hücum edə bilmədik və bunu normal qarşılayıram. Çünki rəqib cinahlardan hücumlar etməyə başlamışdı. Buna görə də müdafiə olunmalı idik.

- Futbolçularınızdan hansı komponentlərdə narazı qaldız?

- Hücumçumuz irəlidə tək qalmışdı. Digər futbolçular ona kömək etmirdilər. Bunun da səbəbi var idi və mən özüm o səbəbləri yaxşı bilirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail