Mahir Mədətov: "...bu da məğlubiyyətə səbəb oldu" - MÜSAHİBƏ
AÇ-2019-un seçmə mərhələsi çərçivəsində evdə İrlandiya yığması ilə qarşılaşan və 1:3 hesabı ilə məğlub olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Mədətov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsiz?
- Əslində oyuna pis başlamamışdıq. Sadəcə qapıçının gözlənilməz səhvi ilə geri düşdük. Futboldu, belə hallar olur. Heç kimi günhlandırmaq istəmirəm, ancaq bir az ruhdan düşdük. Hesabı bərabərləşdirsək də, müdafiədəki növbəti səhvlə yenə geri düşdük. Asan qollar buraxdıq. Məncə, hesab oyuna görə olmadı.
- Fərdi səhvlərdən uduzduğumuzu demək olar?
- Bəli, sizinlə razıyam. Ardıcıl bir neçə səhvlər etdik, bu da məğlubiyyətə səbəb oldu.
- Daha çox tənqid edilir ki, millidə legionerlər çox olsa da, nəticə yoxdur. Qollar da onların səhvindən vuruldu. Hamıda belə fikir var ki, əgər uduzuruqsa, bizə legioner futbolçu nə üçün lazımdır?
- Mənim nəsə deməyim düzgün olmaz. Bu, baş məşqçimizin qərarıdır.
- Əsas milli ilə Norveç səfəri, Bakıda San Marino ilə oyun və bu gün keçirilən qarşılaşma. Yorğunluq yox idi?
- San Marino ilə oyunda onsuz da oynamamışdım. Bura gəldiyimə görə sevindim ki, ən azından oyun praktikam artdı. Həm də kapitan kimi komandaya kömək etdim.
- Ötən il də U-21-də çıxış etmisən. Həmin komanda ilə inidiki heyəti müqayisə etdikdən hansının güclü olduğunu söyləyə bilərsən?
- Həmin heyət 17 yaşdan birgə çıxış edib. İndiki komandada isə dəyişikliklə çox olub. Biz U-19-da olanda deyirdilər ki, çox güclü kollektivdi və gələcəkdə yaxşı uğurlar qazanacaq. Necə oldusa, heyət təmiz dəyişdi. O vaxtdan heç bir oyunçu qalmadı. 1994-1995 doğumlular daha yaxşı çıxış edirdilər.
- Bu oyunçularla gələcəkdə nəyəsə ümid etmək olar?
- Yenə deyirəm ki, hesab oyuna görə olmadı. Uşaqlar yaxşı oynadı. Fərdi səhvlərdən uduzduq.
- Oyunu sona qədər davam etdirə bilmədin, əvəzlənmə nədən idi?
- Çalışdım ki, davam edim. Ancaq dizimdə ağrılar var idi.
- Qol vurandan sonra özündən çox arxayın idin. Fərdi reydlərə üstünlük verdin və demək olar ki, hamısı uğursuz alındı. Ancaq topu itirməklə yadda qaldın...
- İstədim ki, oyunu öz üzərimə götürüm. Faydalı olmaq istəyirdim.
- Baş məşqçi Yaşar Vahabzadə bildirdi ki, ölkə çempionatında 21 yaşlı oyunçulardan mərkəz müdafiəçisi kim oynayır, ya da qapıçı. Hücumda bircə Mahir Mədətov çıxış edir. Səncə, limitin faydası var?
- Onu Qurban müəllimdən soruşmaq lazımdı. Mənə bu haqda danışmaq hələ tezdir. Limit yaxşı şeydir. Mənfi təsiri olduğunu düşünmürəm. Öz oynumu oynayıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |