"Fariz Yusifovdan bu cür idarəçilik gözləmirdim"
“Qəbələ”nin kapitanı Cavid Hüseynov Qol.az saytının suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, Topaz Premyer Liqanın X turunda “Zirə” ilə qalmaqallı oyun (2:1) haqda danışan təcrübəli yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsində sabah keçiriləcək “Atletiko” – “Qarabağ” görüşünə də toxunub.
- “Zirə” ilə oyununuz çox müzakirə olundu. Əvvəlcə həmin qarşılaşma haqda fikirlərini bilmək maraqlı olardı...
- Çətin oyun olacağını bilirdik. İki fərqli hissə keçirdik. Birinci hissədə komanda öz oyununu tapa bilmədi. Nəticədə 2 top buraxdıq. İkinci hissədə isə artıq oyuna nəzarət edən tərəf biz idik. Xeyli qol imkanlarımız oldu. Amma təəssüf ki, uduzduq.
- Görüş daha çox Fariz Yusifovun qərarları ilə yadda qaldı. Qırmızı vərəqə aldığın epizodu danışa bilərsən?
Adi oyun epizodu idi. Bir anlıq emosiyalarımı cilovlaya bilmədim. Amma fikir vermisinizsə, ondan əvvəl “Zirə”nin futbolçusu (Milan Duriçi nəzərdə tutur) iki dəfə arxadan məni vurdu. Birincidə reaksiya vermədim, ikincidə isə artıq dözmədim və qarşılıq verdim. Əslində hakim rəqibin hərəkətindən sonra oyunu saxlayıb, cərimə zərbəsi təyin etməli idi.
- Qırmızı vərəqə gördükdən sonra meydanı tərk etmək əvəzinə yerdə uzanan Duriçin üzərinə getdin...
- Açığı, buna heç vurmaq demək olmaz. Əlim onun burnuna toxunmuşdu. O, isə özünü elə formada yerə atdı ki, sanki zərbə bərk dəyib. Nə etsin, bu da onun işidir. Gedirdim deyim ki, özünü niyə yerə atırsan.
- İkinci hissədə “Zirə”nin futbolçusu Təmkin Xəlilzadə Stankoviçə ayaqla zərbə vursa da, hakim sarı vərəqə göstərməklə kifayətləndi. Təmkin mətbuata açıqlamasında deyib ki, Cavid rəqibinə bilərəkdən zərbə endirib, onda isə adi oyun epizodu idi.
- Oyun epizodu deyəndə, zərbə zərbədi. Sadəcə, məndə bir qədər emosiya çox oldu. Yeganə fərq bundadı.
- Fariz Yusifovun qərarlarını adi səhv kimi qəbul edənlər də oldu, qərəz kimi dəyərləndirənlər də. Maraqlıdı, sən hansı fikirdəsən?
- Fariz Yusifov təcrübəli hakimdi. Neçə illərdi, hakimlik edir. Açığı, ondan bu cür idarəçiliyi mən də gözləmirdim. Amma bir oyuna görə ona qərəzli deyə bilmərəm. Düzdü, oyunun nəticəsinə təsir edən qərarlar verdi. Məsələn, Ekiqoya qarşı cərimə meydançasında qayda pozuntusu zamanı penalti təyin etmədi. Hətta özü deyib ki, epizod düz gözümün qabağında oldu. Gözünün qabağında oldusa, niyə penaltini vermirsən? Yenə deyirəm, mən bunu səhv olaraq qəbul edirəm. Bir oyunla Fariz kimi təcrübəli hakimi qərəzli idarəçilikdə günahlandırmaq istəmirəm.
- “Qəbələ” bu il sabit futbol sərgiləmir. Bunun səbəbini nədə görürsən?
- Bu barədə mən heç nə deyə bilmərəm. Sadəcə, onu deyim ki, “Qarabağ” üzərində qələbədən sonra komandada bir qədər arxayınlaşa var idi. “Zirə” ilə oyuna arxayın çıxmışdıq. Bu, birinci hissədə lap çox hiss olunurdu. İkinci hissədə komanda sanki ayıldı. 10 nəfərlə yaxşı hücumlar edib, qol imkanları yaxaladıq. Hesab fərqli ola bilərdi. Başla vurduğumuz zərbə qapıdan keçsəydi, Fariz penaltimizi versəydi, qalib də gələ bilərdik.
- Mövzunu dəyişək. “Qarabağ” sabah Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Atletiko”nun qonağı olacaq. 2013-cü ildə “Bakı”nın heyətində bu komandaya qarşı yoldaşlıq oyununda iştirak etmisən. “Qarabağ”ın ispan nəhəngi ilə oyununda nə gözləyirsən?
- “Qarabağ” elə bir komandadır ki, istənilən rəqiblə oynaya bilər. Elə “Atletiko” ilə Bakıdakı oyunda da bunu göstərdilər. Düzdür, səfərdə “Qarabağ”a çox çətin olacaq. Amma yenə də 1 xala ümid etmək olar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |