Yunis Hüseynov: "Bilmirəm nədən başlayım"
"Bilmirəm nədən başlayım. Bugünkü kimi zəif oyun görməmişəm. Demirəm üç futbolçu olsaydı, qalib gələcəkdik. Ancaq uşaqlara irad bildirdim. Birinci oyun idi. İstəməzdim belə nəticə göstərək. Lakin bu komandanı düzəldəcəm. Sadəcə zaman lazımdır”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 13-cü turunda “Qəbələ”yə uduzduqları oyundan (1:6) sonar keçirilən mətbuat konfransında deyib.
- Komandanın düzəlməsi üçün sizə nə lazımdır?
- Bu sualların cavabını sonraya saxlayaq. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də, oturmaq yox, işləmək lazımdır. Qışdan sonra komandanı düzəldəcəyik, yeni transferlər etməyi düşünürük.
- Erkən qola görə ruh düşkünlüyü yarandı?
- Öz oynadığım dövrə gedirəm. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdır. Çünki istək sizi “yandıra” bilər. Lövhədə göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Erkən qoldan sonra da ruh düşkünlüyü oldu. İstədilər qələbə qazansınlar, amma erkən qol öz sözünü dedi. “Qəbələ”nin hücumçuları fərdi şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaq səhvlərimiz oldu. Bu səhvləri bəlkə də, heç vaxt etməyiblər. Bu gün çox istəməkdən “yandılar”.
- Bu heyətlı uğur qazanmağın çətin olacağı gözlənilir. Dəyişiklik etməyi düşünürsünüzmü?
- Ayağımızı yorğanımıza görə uzadacağıq. Biz axtarışda olacağıq. Bir neçə legioner futbolçu almağı fikirləşirik.
- Son dəqiqələrdə əvəzetmə olmadı. Gərək görmədiniz ya necə?
- Yox, sadəcə vaxt qalmadı. Mən də gərək görmədim.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |