Ayxan Abbasov: "Mən bilirəm neynirəm"
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Neftçi"yə 2:0 hesabıyla məğlub olaraq mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nə deyim? Doğurdan da, məğlub olanda danışmaq çətindir. İki cəbhədə mübarizə aparmaq asan deyildi. İki əsas futbolçumuzun olmaması da bizə problem yaratdı. Sadiqlə Şemonayevin olmaması işimizi çətinləşdirdi.
Bu gün qış fasiləsinə qədər kubokda yarımfinala çıxa bilməmək, ancaq çempionatda üçüncü olmaq normal nəticədir. Yarımfinala çıxmasaq da, uşaqlara təşəkkür etdim. Bizi qarşıda hələ ağır iki dövrə gözləyir. Avrokuboklara vəsiqə qazanmaq üçün ağır oyunlarımız olacaq. İstirahətə ehtiyacımız var. Bundan sonra çatışmazlıqlarımızı aradan qaldırmaq üçün çalışacağıq.
- Komandada sizi razı salmayan nə oldu?
- Ayrı-ayrılıqda bəzi futbolçularımız belə təzyiq altında oynaya bilmirlər. İlk oyunda qələbə qazansaq da, bilirdik ki, "Neftçi" var gücüylə oynayacaq. İlk hissədə etdiyimiz səhvləri etməməliydik. Mateu, Jozef və Anarın sağalmasından sora işimiz daha yaxşı olacaq. İstəmədiyimiz futbolçuları itirdik. 3 əsas futbolçumuz da zədəlidir. Təcrübə qazanamq üçün çalışmalıyıq. Bu oyun da bizim üçün təcrübə oldu.
- David Manqanın komandadan gedəcəyi deyilir. Amma onu meydana buraxdız, sora əvəzlədiz...
- Manqa çox yaxşı insandır. O, İsrail və Bolqarıstan çempionatında yüksək səviyyədə çıxış edib. Onun çox yaxşı potensialı var. Sadəcə burda özün yaxşı hiss etmir. Özü də çox istəyirdi ki, komandaya kömək etsin. Taktiki gedişimiz vardı, istədik ilk hissədə bunu edək. Ona görə də Manqanı meydana buraxmışdıq. İkinci hissədə hesabda geri olduğumuz üçün meydana hücuma meyilli olan Vüsalı salmışdıq.
- Futbolçularınız və siz hakimə qarşı oyun boyu etriaz edirdiz...
- Hər zaman bildirmişəm ki, səbirli olmaq lazımdı. Yan hakimlər göz görə-görə əks qərar verirlər. Mən də bldirdim ki, biraz diqqətli olaq.
- Bildirdiz ki, heyətdə radikal dəyişikliklər olmayacaq. Ancaq bütün komandalar heyətlərin gücləndirəcəklərini bildirirlər...
- Çalışacağıq ki, bir legioner gətirək. Əgər tapa bilsək, birin alacağıq. Çünki qışda futbolçu tapmaq çətindir. Zədəli futbolçularımız sağalandan sora heyətimiz daha güclü olacaq.
- İlk qola kimi müdafiəyə daha çox diqqət yetirirdiz. Hücum haqda düşünmürdüz sanki...
- İndi dəb alıb, hamı deyir ki, hücum futbolu oynayırıq. Mən bilirəm neynirəm. Sadəcə ilk dəqiqələrdən komandada həyacan vardı. İlk hissədə "Neftçi" bizə hücum etməyə imkan vermədi. 8-9 futbolçuyla üstümüzə gəlirdilər. Mən isdməsəm də, avtomatik olaraq komanda geri çəkilir. Məncə düz yoldayıq, komandamız daha da yaxşı çıxış edəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |