"Səbail"in legioneri: "Mən əfsanəyəm"..." - MÜSAHİBƏ

23.01.2018 | 4994 dəfə oxunub

"Səbail"in yarımmüdafiəçisi Elman Taqayev klubun "ON SUAL" rubrikasının növbəti qonağı olub. Goal.az suallara verdiyi cavabları təqdim edir. 

- Futbola gəlişiniz necə oldu?

- Mənim futbolçu olmağımda əsas rolu atam oynayıb. Bu, onun gerçəkləşən arzusudur deyə bilərəm.

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?

- Yaddaqalan epizod çox olub. Birini seçməli olsam,“Səbail” – “Neftçi” qarşılaşmasının 90-cı dəqiqəsində vurduğum qələbə qolunu qeyd edərdim.

- Futbolda kumiriniz?

- Messi.

- Hobbi və maraqlarınız?

- Film izləməyi sevirəm.

- Ən sevdiyiniz film, musiqi, kitab?

- "Mən əfsanəyəm" ən sevdiyim filmdir.

- Həyatınızın əsas qaydası?

- Hər zaman ailəmlə olmaq.

- İnsanlarda ən çox nəyə dəyər verirsiniz?

- Ən vacib xüsusiyyət bütün situasiyalarda insani keyfiyyətləri saxlamaq bacarığıdır.

- Karyeranızda əsas məqsədiniz?

- Gələcəkdə həm mənim, həm də uşaqlarımın xatırlaya biləcəyi yaxşı futbolçu olmaq. Bu, o qədər də, asan deyil, ancaq mənim məqsədimdir.

- Gənc futbolçulara məsləhətiniz?

- Öz üzərində işləmək, hər zaman məşq etmək. Biz hamımız bunlardan keçmişik və bilirik ki, öz üzərində yaxşı işləyən futbolçu məqsədinə çatacaq.

- Azarkeşlərə müraciətiniz?

- Onlardan həmişə dəstək gözləyirik. Oyunun nəticəsindən asılı olmayaraq, onların dəstəyi və yanımızda olmaları bizim üçün çox vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail