Samir Əliyev: "Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bir qədər müddət lazımdı"

30.04.2018 | 2872 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XXV turunda səfərdə “Sumqayıt”la qarşılaşmadan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

Uzun müddətdi qələbə qazana bilmirdik. Qalib gəlmək bizə lazım idi. İki fərqli hissə oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə yaxşı mübarizə apara bilmədilər. Uşaqlar bu gün qələbəni haqq etdilər.

- Oyundan öncə komandada vəziyyət necə idi?

- Hər oyuna qələbə əzmi ilə çıxırıq. Məqsədimiz qələbə qazanmaq idi, bunu da bacardıq.

- Qapıçı Elxan Əhmədov bu gün kobud səhvlərə yol verdi.

- Pis qapıçı deyil, potensialı var. Sadəcə, oynamalı, oyun praktikasını geri qaytarmalıdı. Futbolçular belə oyunda oynamalıdırlar ki, püxtələşsinlər.

- Bu qələbə “Kəpəz”in aşağı liqaya düşməsini rəsmiləşdirdi. Bir mütəxəssis kimi bölgə komandasının çempionatı tərk etməsinə münasibətiniz necədi?

- Mən deməklə nəsə düzələcəksə, deyim: biz istəyirik ki, bölgə komandalarının sayı çox olsun. Amma bu barədə danışmaq bizim işimiz deyil. Biz öz komandamız və gələcək haqda düşünürük. Bundan başqa, mən hələ mütəxəssis deyiləm, öyrənəcək çox iş var.

- Sizcə, müdafiə xətti bundan sonraki oyunlarda daha diqqətli olmalıdır?

- Bu futboldu, hər şey ola bilər. İkinci hissədə əks-hücumlarımız təhlükəli olurdu. Bəzi epizpodlarda bir ötürməmiz çatmırdı. “Səbail” bu gün hələ ilk addımlarını atır. Bizə də vaxt lazımdı. Püxtələşmək üçün illər lazımdı. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bir qədər müddət lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail