"Bu matç böyük əhəmiyyət kəsb etmirdi"

05.05.2018 | 2772 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bu matç böyük əhəmiyyət kəsb etmirdi. Hər komandanın fərqli məqsədləri var idi. Onu deyə bilərəm ki, yaxşı komandaya qarşı oynadıq. Futbolçularımızın istəyi var idi. Rəqibdən geri qalmadıq. Hər oyuna qələbə üçün çıxırıq. Bizim üçün əhəmiyyətsiz matç yoxdur. Qarşıda bizi vacib kubok oyunu gözləyir. Həmin oyuna köklənəcəyik.

- Bu oyunun ciddi əhəmiyyəti olmasa da, kubokun finalındakı rəqiblə üz-üzə gəldiniz. Bu baxımdan kəşfiyyat xarakteri daşıyırdı. Rəqib barədə nə öyrənə bildiniz?

- 8 komandalı çempionatda nə isə kəşf etmək mümkün deyil. Komandalar bir-birini tanıyırlar. Buna görə, bu matçda kəşfiyyat aparmadım. Sadəcə, futbolçular özlərinə hörmət edirlər. Buna görə, sona kimi oynadılar.

- Bu gün meydanda əsl “Keşlə”ni gördük, yoxsa əsl “Keşlə”ni 28 mayda, kubokun finalında görəcəyik?

- Belə deyim, kim yaxşı oynayacaqsa, o da kubokun finalında şans qazanacaq.

- Vaqif Cavadov bu gün sanki axına qarşı hərəkət edirdi. Komanda müdafiə olunanda, hücuma keçirdi, müdafiə olunanda isə əksinə. Onu əvəzləməyə sizə nə mane oldu?

- Mən fərqli fikirdəyəm. Bu gün Cavadovun oyununda razı qaldım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail