"Qələbəyə ümid edirdik..."

30.05.2018 | 3140 dəfə oxunub

“Gözəl stadionda çıxış etdik. Yaxşı komandaya qarşı oynadıq. Bu matç bizim üçün yaxşı təcrübə oldu. Komandamızda təcrübə çatışmır. Futbolçularımız təzyiq altında oynaya bilmir. Buna görə, daha çox səfər oyunlarına üstünlük veririk. Rəqibin təzyiqlərinə tab gətirmədik. Komandamın oyunundan razı qalmadım”.

Stadium.Az xəbər verir ki, bu sözləri Qırğızıstan millisinin baş məşqçisi Aleksandr Krestinin yığmamızla yoxlama oyunundan (0:3) sonra keçirilən mətbuat konfransında deyib.

- Matçdan öncə hansı nəticəyə ümid edirdiz? 

- Qələbəyə ümid edirdik, lakin alınmadı. Azərbaycan millisi daha təcrübəli idi. Normal halda biz standart vəziyyətdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda bizə qol vurdu. Millimizdə təcrübə çatışmadı.

- Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını necə dəyərləndirərdiz?

- Mən sizin rəqibləriniz barədə elə də ətraflı məlumatım yoxdu. Buna görə, bu suala dəqiq cavab verə bilməyəcəm. Azərbaycan yığması yaxşı komandadır. Yaxşı, gözəl oyun sərgiləyirlər. Belə davam etsə, Azərbaycan millisinin qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail