Varan: "Fransa ən rəhmsiz komanda idi" - MÜSAHİBƏ

31.07.2018 | 3755 dəfə oxunub

"Real"ın və Fransa millisinin müdafiəçisi Rafael Varan "L`Equipe" nəşrinin suallarını cavablandırıb. Stadium.Az müsahibəsini təqdim edir.

- Fransa dünya çempionu oldu. Bu uğurun möhtəşəmliyini dərk edirsiniz?

- Final matçından öncə uşaqlara dedim ki, adımızı tariə yazdıra bilərik. Nə dediyimi bilirdim, amma baş verənləri təsəvvürümə gətirmirdim. Fransaya qaıydanda şoka düşdüm. Həmin hissləri sözlərlə ifadə etmək mümkün deyil, gərək özün onları yaşayasan. Avtobusda gedəndə elə təsəvvür yaranırdı ki, ölkədə hər şey bizə görə dayanıb. Dəfələrlə İspaniya çempionu olmuşam. Orda da titulu təntənəli qeyd edirlər. Lakin Parisdə baş verənləri heç nəylə müqayisə etmək olmaz. Sanki damarıma xoşbəxtlik ampulası vurulmuşdu.

- 1998-ci ildə Fransa ilk çempionluğu qazananda sən hələ uşaq idin. İndiki uğur da həmin çempionluq qədər əhəmiyyətlidir:

- Biz həmin qalibiyyət və fransız futboluna ehtirasında dalğasına böyümüşük. Məlum məsələdir ki, artıq bizi daha çox misal göstərəcəklər. İstər-istəməz gənc nəslə təsir göstərəcəyik. Nə vaxtsa biz Zidanı nümunə götürürdük. İndisə oryentir biz olacağıq.

- Dünya çempionatına qədər və turnir zamanı millinin gənc üzvləri ambisiyalı danışırdı. Bu ambisiyalar nə dərəcədə doğruldu?

- Gənclərin hər biri Avropanın aparıcı klublarında oynayır. Qalib gəlməyə alışmışıq. Hazırda millinin şərəfini qoruyanlar vaxtilə aşağı yaş qruplarında uğursuzluqla üzləşib, AVRO-2016-da isə finalı uduzub. Öz-özümüzə deyirdik ki, titul qazanmağən zamanı yetişib. İllərlə, Deşam baş məşqçi təyin olunandan bu zəfərə addımlayırdıq.

- Baş məşqçinin çempionluqda payı nə qədərdir?

- Ən əsas fiqur odur. O, futbolçuların psixologiyası, oyuna yanaşmasını dəyişdirdi. Komandanın maraqları birinci yerə qoyuldu.

- Dünya çempionatından öncə Fransa millisinin uğuruna şübhə edənlər vardı. İlk oyundan sonra gölənilən sonluğa çatacağınıza inanırdın?

- Şübhə etmirdim. Düzdür, ilk oyundan sonra hələ yolun əvvəlində idik. Turnirdə qalib olmaq istəyirdik, amma bunu necə edəcəyimizi bilmirdik. Qətiyyət, həvəs öz yerində idi. Lakin nəsə çatışmırdı ki, bunları birləşdirib hədəfə vuraq. Peru ilə matç həqiqət anı oldu. həmin qarşılaşmadan sonra komanda dəyişdi.

- Hansı mənada?

- Nəhayət, öz oyunumuzu göstərdik. Turnirin sonuna qədər o cür mübarizə apardıq. Danimarka ilə görüş biraz antifutbol oldu. Amma həmin şəraitdə belə lazım idi. Artıq düzgün yolla getdiyimizi bilirdik.

- Milli komanda öz oyununu niyə daha əvvəl tapa bilməmişdi?

- Yığmanın düşərgəsinə periodik gəlirik. Bir-birini tanımaq, öyrəşmək üçün vaxt tələb olunur. Avstraliya ilə matç, hətta faydalı oldu. gördük ki, turnirdə qalib gəlmək üçün artırmalıyıq. Peru ilə oyundan öncə ciddi söhbətimiz oldu: Pol Poqba, Uqo Lloris, Blez Matuidi danışdı. Bundan öncə Avstraliya ilə oyundakı səhvləri baş məşqçi bizə çatdırmışdı. Başa düşdük ki, hər kəs özünü komanda üçün qurban veməlidir. 

- Ulduz futbolçuları vahid sistem altına almağı necə bacardınız?

- Bəli, hər kəsin şəxsi yanaşma tərzi var. Lakin hər kəs bunları bir kənara qoydu. Biz özümüzü göstərmək üçün toplaşmamışdıq. Topsuz qaçmaq lazımdırsa, etməlisən. Evra millidən gedəndən sonra tez-tez liderin olmadığını eşidirdim. Əgər hər şey normaldırsa, lider nəyə lazımdır? Yaxşı komandada hamı liderdir.

- Mundialda Belçika və Xorvatiya sizdən daha baxımlı oyun nümayiş etdirirdi...

- Olsun. Klublarda biz baxımlı, göz oxşayan futbol göstəririk. Dünya çempionatnda isə nəticə, rəqibi məhv etmək lazımdır. Razıyam, bizim futbol cəlbedci deyildi. Medala baxın. Cəhənnəmə olsun gözəl futbol. Əsas komandanın maraqlarıdır.

- Bəs, baxımlı futbol lazım deyil?

- Mübaliğə etməyin. Biz o qədər də pis oynamırdıq. Fransa ən rəhmsiz komanda idi. Futbolçular soyuqqanlı qatil təsiri bağışlayırdı. Finalda məhz belə idi.

- Komanda gələcəkdə də praqmatik futbol oynamağa davam edəcək?

- Niyə də yox? Avstraliya ilə görüşdə istedadlı futbolçuların olduğunu nəzərə alıb, baxımlı oyun göstərməyə çalışdıq.Alınmadı. Anladıq ki, daha yaradıcı və sürətli olmaq lazımdır. Ümumiyyətlə komandamız istənilən formaya uyğunlaşa bilər.

- Hər nəslin öz parlaq nümayəndəsi var. Platini, Zidan... Hazırki Fransa millisinin siması kimdir?

- Komanda fotosuna baxın. Bizim nəslin şüarı: "Hər şey komanda naminə"dir. Biz vahid orqanizm kimiyik. Fərdilik ikinci plandadır. Analoji yanaşmanı saxlamaq lazımdır.

- AVRO-2016-nı zədə səbəbindən buraxmışdın. Həmin vaxt çox məyus idin?

- Çox pis olmuşdum. Sanki fəlakətlə üzləşmişdim. Ondan bəri dəyişmişəm, bu günlə yaşayıram. Həmin turnirə böyük ümidlərim vardı.

- Bir dəfə demişdin ki, "Qızıl top" həyatın məqsədi ola bilməz...

- Çünki futbol kollektiv idman növüdür. Uşaqlıqdan belə hesab edirəm. "Qızıl top" isə bir nəfərin digərlərindən ön plana çıxmasıdır. Əlbəttə, nə vaxtsa bu mükafatı almaqdan imtina etmərəm (gülür). Amma almsam belə, gözüm arxada qalmaz.

- Mbappe qarşılaşdığın ən istedadlı futbolçudur?

- Bir neçə ad çəkə bilərəm. Amma bu qədər gənc yaşda superfutbol göstərən kəsi ilk dəfə gördüm. Adətən futbolda 25-30 yaşdaöz sözünü deyirsən. Mbappenin isə hələ 20 yaşı da yoxdur. O, hər şeyi çox sürətli edir. Oyundan əvvəl onunla taktika barədə danışmağa başlayandan hər şeyi başa düşür. İnanılmaz dərəcədə istedadlı, ağıllı, yaşından yetkin bir oğlandır.

- Ona nə məsləhət görərdin?

- Nə baş versə də, eyni cür oynamağa davam etsin. Tədricən onun rolu artmağa başlayacaq. Qoy arxayınlaşmasın. Birinci yerdə komandanı görsün. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail