Ramil Şeydayev: "Açığı, bu haqda heç düşünmürəm" - MÜSAHİBƏ
Milli komandamız və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib:
-
Sizcə, "Zenit"ə məğlubiyyət ədalətli nəticə idi, yoxsa?...
- Biz oyunu ilk 30 dəqiqədə uduzduq. 0:3-dən sonra oyunu çevirmək çox çətindir.
"Zenit" daha çox qol vura bilərdi. Amma məğlubiyyəti ədalətli
saymıram. İki qol vurduq, hətta hesabı bərabərləşdirməm də olardır. Amma hər
şey bizim lehimizə bitmədi. Artıq həmin oyunu unutmuşuq və qarşıdakı matça
hazırlaşırıq.
-
Oyunun qırılma nöqtəsi sizin meydandan qovulmağınız oldu. İlk epizodda nə baş
verdi? Maqomed Ozdoyevlə nə danışırdınız?
- Sadəcə, emosiyalarımı cilovlaya bilmədim.
- Bəs ikinci epizod?
- Bu, mənim texniki səhvim idi. Topu özümdən bir az
uzağa buraxdım və sona qədər mübarizə apardım.
- Miodraq Bojoviç də mətbuat konfransında "emosiya" sözünü
işlətdi. Baş məşqçidən irad eşitdiniz?
- Xeyr. Komandanın əhvalı korlanmışdı. Heç kim mənə irad bildirmədi. Qarşıda
hələ oyunun analizi var. Düşünürəm ki, orada bu epizodu müzakirə edəcəyik.
- Premyer Liqa klubunun heyətində yerinizi möhkəmlətmisiniz, mətbuatla
yaxşı münasibətdəsiniz, Azərbaycan millisində qol vurursunuz. Gedişatdan
razısınız?
-
Mən belə deməzdim.
- Nəyə görə?
-
Turnir cədvəlindəki mövqeyimiz çox pis təsir edir. Yaxşı oyunçulardan qurulmuş
əla komandamız var. Bir sözlə, ən yaxşısını istəməyimiz üçün səbəb var. Təkrar
edirəm, hazırda əsas məqsədimiz mövsümün sonunu yaxşı keçirib, azarkeşlərimizi
sevindirməkdir. Özüm haqda isə onu deyə bilərəm ki, bu, hələ mənim zirvə
nöqtəm deyil. Daha çoxuna nail olmaq üçün işləməliyəm.
- Etiraf edin, "Zenit"də oynamağa davam etsəydiniz, nələr ola
bilərdi?
- Sankt-Peterburq mənim doğma şəhərim, "Zenit" isə
doğma komandamdır. Ancaq geriyə baxmağın mənası yoxdur.
- Hər müsahibəmizdə sizə
bu sualı verirəm. Bu gün yenə soruşuram. "Zenit"dən getdiyinizə və
vətəndaşılığınızı dəyişdiyinizə görə təəssüflənmirsiniz?
- Onda da, indi də sizə eyni cavabı verirəm: xeyr, heç nəyə görə
peşman deyiləm. Mən dəyərli təcrübə qazandım, hər şey yaxşıdır.
- Artıq Azərbaycan
millisinin heyətində qol vurursunuz...
- Komanda qalib gələndə daha çox müsbət emosiya alıram. Ancaq
vurduğum qol yığmaya qalibiyyət gətirməyəndə, buna sevinmirəm. Güclü qrupa
düşmüşük. Macarlar Xorvatiyanı uddu. Biz də az qala dünya ikincisindən xal
alacaqdıq. AÇ-2020-nin bir neçə oyununun Bakıda keçiriləcəyini unutmuruq. Ona
görə də hər matçda qələbəyə oynamağa çalışırıq.
- Yayda "Krılya
Sovetov"la müqaviləniz başa çatacaq. Gələcək planlarınızı
müəyyənləşdirmisiniz?
- Açığı, bu haqda heç düşünmürəm. Bütün fikrimizi mövsümün
sonunu yaxşı keçirməyə yönəltmişik. Çempionat başa çatdıqdan sonra bu məsələni
həll edəcəyik.
- "Zenit"dən
evə qayıtmaq təklifi alsanız, bu sizi sevindirərmi?
- Bəli.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |