Tərlan Əhmədov: "Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir"

16.12.2019 | 6034 dəfə oxunub

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov  Azərbaycan kubokunun 1/4 final mərhələsində səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

Çempionat oyunu ilə bugünkü çıxış arasında fərq var idi. Ötən matçda daha aqressiv idik. Kubok oyunları həmişə həyəcanlı olur. Bunun cavab görüşü də var. İtkilərə baxmayaraq, daha inamlı oyun gözləyirdim. Hücumda bir balaca istədiyimizi edə bilmədik. Bu da yorğunluqla bağlıdır. 12-13 nəfərdən ibarət heyətdir. Artıq əzələlər də tab gətirmir. Çalışdıq top buraxmayaq, imkan daxilində qol vuraq. Çalışacağıq ki, cavab görüşündə qələbə qazanaq.

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?

- Kubok oyunu varsa, mübarizəmizi aparırıq. Bu heyətlə iki cəbhədə yarışmaq çox çətindir. Bu, bizi hər iki cəbhədən məhrum edə bilər. Mənim düşündüyüm çempionat oyunlarıdır. İki yeni futbolçu da komandaya cəlb olunacaq. Komandaya yeni nəfəs lazımdır. Çempionat oyunu mənim üçün daha önəmlidir.

- Daha bir itkiniz oldu...

- Ruslan Qurbanovun zədəsi ciddidir. Sezarda vəziyyət normaldır.

- Köməkçiniz Mehman Babayevin dünən məşqdən sonra saxlanılması xəbəri nə dərəcədə doğrudur?

- Bu barədə məlumatım yoxdur. Bilmədiyim şey haqda deyəcəyim heç nə yoxdur. Nə olacaqsa, siz bizdən tez biləcəksiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail