"Sərgən Yalçının adı varsa, o demək deyil ki, "Neftçi"ni çempion edəcək" - MÜSAHİBƏ

23.06.2023 | 1374 dəfə oxunub

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.

- "Neftçi" Laurentsiu Regekampfı baş məşqçi postundan göndərd, onunla yola davam edilmədi. Bu haqda fikrin necədir?

- Laurentsiu Regekampfın göndərilməsi düzgün addım idi. Qalsaydı da, heç bir effekti olmayacaqdı. Çünki bir mövsümdə heç nə ilə yadda qalmadı. Hansısa oyun üslubu da yox idi. Doğru addım atılıb.

- Rumıniyalı məşqçi nəyə görə "Neftçi"yə uğur qazandıra bilmədi?

- Demək olmaz ki, məşqçi hər komandaya gedəndə, nailiyyəti olacaq. Bu, az hallarda baş verir. Məsələn, Xosep Qvardiolada götürək. Ancaq Laurentsiu Regekampf belə edə bilmədi.

- Yeri gəlmişkən, Sərgən Yalçının "Neftçi"yə baş məşqçi təyin olunacağı gözlənilir. Amma iddialara inansaq, klub onunla razılıq əldə edə bilməyib. Ümumiyyətlə, Sərgən "Neftçi"yə kömək edə biləcək məşqçidir?

- Bəli, Sərgən Yalçının baş məşqçi postuna təyin olunacağı gözlənilir, yəni belə deyirlər. Amma hələlik real nəsə yoxdur. Sərgən Yalçının adı varsa, o demək deyil ki, "Neftçi"ni çempion edəcək. Hər şeyi zaman göstərəcək.

- Türkiyəli məşqçilər indiyə qədər Azərbaycan futbolunda uğur qazana bilməyib. Bunu nə ilə əlaqələndirirsən? Ola bilər ki, futbolumuza ciddi yanaşmırlar?

- Açıq deyirəm ki, türkiləyi mütəxəssislər bizim məşqçilərdən elə də güclü deyillər. Sadəcə olaraq, onların futbolu bizimkindən üstündür, daha tanınmışdır. İş prinsipində onların məşqçilərini öz məşqçilərimizdən üstün hesab etmirəm.

- "Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibləri bəlli oldu. Təmsilçimiz "Jelezniçar" - "Dinamo"(Minsk) cütünün qalibi ilə qarşılaşacaq. Səncə, püşkatma "Neftçi" üçün uğurlu alındı?

- Münasib rəqiblərdir. Ən əsası keçiləsi komandalardır. "Neftçi" tam hazır olsa, inanıram ki, hansı rəqib düşsə, onu da keçəcək.

- "Neftçi" üçün hansı rəqib daha münasib olardı? Oyuna bir ay qalmış "Neftçi"dəki durum naməlumdur. Bu komanda "Jelezniçar"ı, yoxsa "Dinamo"nu keçə bilər?

- "Dinamo" və "Jelezniçar" arasında fərq yoxdur. Hansı düşürsə-düşsün, "Neftçi" onlardan güclüdür. Heyətini qoruyub, daha yaxşı futbolçular gətirsələr, heç bir problem olmayacaq. Amma indiki durumda bir az çətin görünür. Komanda hazır deyil. Hətta komandanın baş məşqçisi də yoxdur. Allah qoysa, bunları həll etdikdən sonra "Jelezniçar" və "Dinamo" "Neftçi"yə rəqib deyil.

- Yeri gəlmişkən, "Dinamo" - "Jelezniçar" matçı Bakıda keçiriləcək. Hər halda, cavab matçı Azərbaycan futbol ictimaiyyətinin gözü qarşısında oynanılacaq. "Dinamo"nun bu addımı sənin üçün təəccüblü olmadı?

- Bilmirəm onlar niyə belə qərar veriblər. Onsuzda, avrokuboklar matçlarını Belarusda oynaya bilmirlər. "Dinamo"nun Bakıda oynaması "Neftçi"nin işini daha da asanlaşdırır. Hər halda, hansı oyunu oynayacaqlar, hansı mövqedə zəif, hansı mövqedə güclüdülər, açıq-aşkar görünəcək. "Neftçi" üçün iki rəqibini də canlı izləmək daha rahatdır. "Dinamo" və ya "Jelezniçar"a qarşı necə oynamaq lazım gəldiyini, "Neftçi" daha dəqiq biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail