"Qarabağ"da oynamaqdan ötrü darıxmışdım, ona görə "Qalatasaray"a qarşı bütün bacarığımı göstərdim" - MÜSAHİBƏ

26.06.2023 | 575 dəfə oxunub

Haiti millisinin üzvü, "Zirə"dən göndərilənlər sırasında olan Donald Gerye Sportal.az saytına müsahibə verib. Təcrübəli futbolçu qəsəbə klubundakı karyerasından və yeni mövsümə də Azərbaycanda başlamaq istəyindən danışıb.

- Niyə "Zirə"də qalası olmadın?

- Maliyyə məsələsi idi. Belə alındı ki, yollar ayrıldı.  

- Özün qalmaq istəyirdin?

- Əlbəttə, niyə də olmasın?

- "Zirə"dəki karyeranı ümumilikdə necə dəyərləndirirsən? 

- Məncə, yaxşı oldu. Əlbəttə ki, yaxşı başlamışdım. Sadəcə sonradan şanssızlıq baş verdi, zədələndim. Amma mən "Zirə"də özümü xoşbəxt hiss edirdim. Rəhbərlik də mənə qarşı çox yaxşı idi. Hər halda, futboldur da, ayrılıqlar baş verir. Amma həyat davam edir.

- Yeni mövsümə Azərbaycanda başlayacaqsan?

- Hələ ki, yenilik yoxdur. Təklifləri gözdən keçiririk. Yəqin ki, yaxın vaxtlarda yenilik olacaq. İndi millinin düşərgəsindəyəm. Meksika və Hondurasa qarşı oyunlarımız var. ABŞ-dakı komandalarla danışıq gedir. Azad agentəm. Hər şey ola bilər.

- "Qarabağ" - "Qalatasaray" görüşü üçün Ağdam klubunun düşərgəsinə yollanmışdın. Oradan qayıtdıqdan sonra "Zirə"nin növbəti görüşündə zədələndin. Məhz bunun ardından komandaya çox da kömək edə bilmədin. Həmin görüş "Zirə"dəki karyerana necə təsir göstərdi?

- Futboldur da, bəzən zədələnirik. Əslində, "Qarabağ" - "Qalatasaray" oyunu mənim üçün yaxşı oldu. Bu cür matçda meydana çıxmaq sevindirici idi. Mən həmin görüşdə bütün bacarığımı göstərdim. Hamı gördü ki, bacarıqlarım mənimlədir, onları itirməmişəm. Zədələnsəm də, "Qarabağ" - "Qalatasaray" matçında oynadığım üçün peşman deyiləm. "Qalatasaray"la matçda hələ də oynamaq gücündə olduğumu hamı gördü. "Qarabağ"da oynamaqdan ötrü də darıxmışdım, ona görə həmin matçda bütün bacarığımı göstərdim.

- Həmin oyundan söz düşmüşkən, səncə, "Qarabağ"a xeyir verə bildin?

- Bu oyun xeyriyyə məqsədilə keçirilirdi. Maraqlı oyun alındı. Özüm də yaxşı oynadım. Əsas odur ki, "Qalatasaray"la matçda səhv etmədim. Oyunu yaxşı səviyyədə keçirmişdim.

- Azərbaycanda üç fərqli komandada oynamısan. Deyəsən, dördüncü də olacaq...

- Dediyim kimi, təklifləri gözdən keçirəcəm. Amma Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Görək də, klub tapacam ya, yox. Niyə də olmasın? Azərbaycan mənə vətənim kimidir, insanlara hörmətim var. Futbolçu kimi Azərbaycanda böyümüşəm. Uşaqlarım da Bakıda dünyaya gəlib. Bu ölkə həmişə ürəyimdədir, ağlımdadır. Bədbin və xoşbəxt anlarım olub. Azərbaycana qayıtmaq mənim üçün həmişə xoşdur. Görək də, zaman nəyi göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail