Devidas Çesnauskis Starkovun gedişinə sevinir - MÜSAHİBƏ
“Bakı”nın futbolçusu Devidas Çesnauskisin müsahibəsi:
- Necə düşünürsən, "Bakı"nı AZAL-la oyuna hazır saymaq olar?
- Hazırlığımız normal keçib. Deməzdim ki, xüsusi hazırlaşmışıq. Digər oyunlara necə, AZAL-la oyuna da o cür. Təbi ki, iki topluq üstünlüyümüz var. Amma bununla belə arxayınlaşmaq olmaz. Bizi çox çətin oyun gözləyir. Səfərə qələbə dalınca gedirik.
- AZAL haqqında nə deyə bilərsən?
- AZAL yaxşı komandadır. İlk oyunda məğlub olsalar da hələ şanslarını itirməyiblər. Odur ki, onlar da meydançaya qələbə qazanıb yarımfinala yüksəlmək istəyi ilə çıxacaqlar.
- İlk oyundan fərqli olaraq ikinci matç süni örtüklü meydançada keçiriləcək. Bu amil oyununuza təsir edə bilər?
- Düşünmürəm ki, süni meydança amili hansısa mənada bizə mane olsun. Düzdür, burada zədə almaq riski də çoxdur. Ancaq digər tərəfdən də "Bakı"nın futbolçularının çox texnikalı olduğundan düz meydançada oynamaq da daha rahat olur.
- Öz oyunun haqqında nə düşünürsən? Gəldiyin ilk vaxtlarda oyuna daha çox ikinci hissədən qoşulurdun. Ancaq son vaxtlar həm müntəzəm oynayırsan həm də qol vurursan. Demək olar ki, uyğunlaşma prosesini arxada qoymusan?
- Bəli, tamamilə doğrudur. İlk gəldiyimdə yeni ölkə olduğundan tanımırdım. Get gedə yerli ab-havaya, oynanılan futbola öyrəşdim. Nəticədə daha müntəzəm oynamağa və qollar vurmağa başladım. Bir sözlə, hazırkı durumumdan razıyam. Ancaq bu o demək deyil ki, artıq əsas heyətin daimi üzvüyəm. Əvəzedilməz futbolçu yoxdur. Odur ki, yerini əlində saxlamaq üçün daim öz üzərində işləməlisən.
- Yeri gəlmişkən Aleksadr Starkovun vaxtında oyunun böyük hissəsini müdafiədən oynayırdın. Novruz Əzimovun gəlişindən sonra sanki daha çox ön xəttə oynamağa başlamısan. Belə demək olarsa, artıq tam sərbəst oynayırsan...
- Razıyam. Əvvəllər baş məşqçi mənə tapşırırdı ki, arxaya da kömək edim. Ona görə də tez tez müdafəyə çəkilməli olurdum. Ancaq indi daha sərbəst, rahat oynayıram. Çünki oyunun böyük hissəsini hücumda keçirirəm. Vurduğum qolları da bununla əlaqələndirərdim.
- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Səviyyə pis deyil. Açığı gəlməmişdən qabaq Azərbaycan çempionatının səviyyəsini bu cür təsəvvür eləmirdim. Gəldim gördüm ki, buradakı klubların da yaxşı bazası, infrastrukturu var. Çempionluq uğurunda gərgin mübarizə gedir ki, bu da çempionatın səviyyəsindən xəbər verir.
- "Bakı"nın mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirərdin? Ümumiyyətlə, əsas diqqətinizi çempionata yönəltmisiniz, yoxsa kuboka?
- Açıq danışsaq, çempionatdakı şanslarımız elə də yaxşı deyil. Baxmayaraq ki, qarşıda hələ 7 oyun var və bu oyunların hamısında qalib gəlib ilk "üçlüy"ə düşmək olar. Ancaq bu çox çətin məsələdir. Odur ki, əsas diqqətimizi kuboka yönəltmişik. İnanıram ki, kubokda uğur qazanıb Avropa Liqasına gedəcəyik.
- Səndən əvvəl Azərbaycanda bir sıra latviyalı futbolçu və məşqçilər çalışıblar. Məsələn Robertas Poçkus, Tomas Razanauskas, Valdas İvanauskasla şəxsi tanışlığın var?
- Poşkus çox yaxşı futbolçudur, mənim də dostumdur. Razanauskası da millidən tanıyıram. O ki, qaldı İvanauskasa o, əla futbolçu olub. Məşqçi kimi də "Harts"da nəticə qazanıb. Hətta həmin vaxt mən də onun rəhbərliyi altında oynamışam.
- Sonda Premyer Liqanın hazırkı formatı haqqında da fikirlərini bilmək istərdik. Səncə, "altılıq" sistemi nə dərəcədə ideal sayıla bilər?
- Hazırda Avropada Şotlandiya bu sistemdən istifadə edir. Litvanın özündə 10 komanda 3 dövrədə mübarizə aparır. Azərbaycan çempionatına gəlincə, özünüz də görürsünüz ki, ilk "altılıq"da necə gərgin mübarizə gedir. Ancaq təssüf ki, eyni sözləri ikinci "altılıq" haqqında demək olmaz. Oradakı oyunlara demək olar ki, maraq yoxdur. Ancaq neyləmək olar, reqlament bu cür qəbul olunubsa, çalışıb ilk "altılığ"a düşmək lazımdır.
futbol11.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |