"Topaz"dan istifadəçilərə xoş xəbər!

06.09.2011 | 4939 dəfə oxunub

Azərbaycanın ilk və tək qanuni idman mərc oyunu “Topaz” oyunçularını yeniliklərlə sevindirməkdə davam edir. Stadium.az xəbər verir ki, “Topaz” bu gündən proqnozsevərlərə qazanmaq şanslarını dəfələrlə artırmaq üçün yeni layihə təqdim edir. Bundan sonra azarkeşlər özlərini “Qol/Qol – Yox/Qol” (Q/Q-Y/Q) adlı yeni bir oyunda da sınaya bilərlər. 

Bu oyun olduqca sadədir: “Topaz”ın istənilən oyunçusu bir futbol qarşılaşmasında hər iki komandanın da qarşılıqlı qol vuracağını (“Qol/Qol”) və ya iki komandadan birinin, ya da hər ikisinin də qol vurmayacağını (“Yox/Qol”) təxmin etməlidir. Bunun üçün sadəcə “Topaz” kuponu üzərindəki Q/Q və ya Y/Q xanalarından birini işarələmək kifayətdir. Bu oyun sadəcə Futbol oyunlarına tətbiq olunur. 

Məsələn: 644 kodlu TULUZA - NİTSA matçında hər iki komandanın da qol vuracağını təxmin edirsiniz (neçə qol olmasının fərqi yoxdur). Belə olduğu təqdirdə, kupon üzərində oyun kodunu işarələdikdən sonra, “Q/Q” xanasını işarələməlisiniz. 

Başqa bir misal, 505 kodlu BARSELONA – REAL MADRİD matçının 1:0 hesabı ilə bitəcəyini proqnozlaşdırırsınız. Bu zaman, kupon üzərində oyun kodunu işarələdikdən sonra, “Y/Q” xanasını işarələməlisiniz. 

Nümunə hesablar: Ev sahibi komanda – Qonaq komanda: 2-1 (Q/Q) 

Ev sahibi komanda – Qonaq komanda: 5-0 (Y/Q) 
Ev sahibi komanda – Qonaq komanda: 0-0 (Y/Q) 
Ev sahibi komanda – Qonaq komanda: 1-1 (Q/Q) 

“Azərinteltek” şirkəti, “Topaz” ticarət nişanı altında, 18 yanvar 2011-ci ildən etibarən Azərbaycan Respublikası ərazisində faktiki olaraq mərc oyunlarını həyata keçirməyə başlayıb. Şirkət gəlirinin bir hissəsini Azərbaycanda idman infrastrukturunun ümumi inkişafına sərmayə olaraq yatırır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail