Baç məşqçisi Mahir Emrelini təriflədi

20.04.2022 | 24673 dəfə oxunub

“Dinamo”nun baş məşqçisi Jelko Kopiç Mahir Emreli haqda növbəti dəfə fikirlərini bildirib.

Stadium.Az xəbər verir ki, o, “Hayduk”la (Split) oyun öncəsi təşkil olunan mətbuat konfransında millimizin hücumçusu ilə bağlı sualı da cavablandırıb.

“Mahir Emreli derbidə (“Hayduk”la 27-ci turun oyunu nəzərdə tutulur – red.) zədə alsa da, bu haqda sizə məlumat verməmişdi. Futbolçularınıza bənzər problemlərdə sizi xəbərdar etməsi barədə göstəriş verəcəksinizmi” – sualına cavabda Kopiç deyib:

“Mənim üçün çox xoşdur ki, futbolçu problem yaşasa da, klubu və komandası üçün maksimum güc sərf etmək istəyir. Biz şahid idik ki, Emreli əsl formasından uzaqdır. Amma o, artıq özünə gəlir və oyundan-oyuna daha yaxşı çıxış edir. Biz bir çox oyunçunu, o cümlədən Emrelini doğru ritmə yönəltməyi bacardıq. Mənim üçün çox vacibdir ki, bütün futbolçular klubun uğurları, çempionluq titullları ilə yaşasın və bunun üçün hər şeyi etsin”.

Emreli Xorvatiya liqasının son 2 turunda 2 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail