Bir sürü imansıza xitabən... və ya nə olub, ay İlkin?
Jurnalistika maraqlı peşədi. Həm də şəfərli. Maraqlılığı macəralarla dolu olmağıyla bağlıdı. Şərəfli tərəfi isə hər zaman insanlara doğrululuğu çatdırmağa hökümlü olmasıyla bağlıdı.
Jurnalistikada oxuduğum vaxtlarda Mir Şahinlə Eynulla Fətullayevin yazılarını (bir birinə ünvanlanan) çox diqqətlə oxuyurdum. "Musavatın" yazarı Zamin Hacı və Samir Sarı, elə cə də Seymur Baycanın yazılarını səbirsizliklə gözləyirdim. Hər birinin özünəməxsus yazı üslübü, öz yolu vardı. Hər yazılarından nəsə öyrənmək mümkün idi.
Rəhmətlik Adil Qaçayoğlu isə bir müəllim, ustad idi. Hər yazısı nəzmə çəkilmiş bir dərslik idi. Ancaq adlarını sadaladıqlarımdan heç biri media jurnalistikasında müəllimim olmayıb.
Jurnalist kimi formalaşmamda ilk vaxtlarda bir neçə şəxsin yardımı olub. İlk vaxtlarda "Futbol+Qol" qəzetində Batı Yar imzasıyla yazan Bəxtiyardan çox böyük dəstək görmüşəm. Daha sonra isə "Het Trik"də Tural Əsgərovdan. Coşqun Eldaroğlunun da əməyi az olmayıb. Coşqun çox tələbkar idi. Mediada onun qədər tələbkar olan ikinci bir baş redaktorla rastlaşmamışam. Yazı qəzetdə dərc olunandan sonra ilk iclasda hər bir cümlənin hesabatın alırdı bizdən.
Buların hamısı öz yerində... Bu dövlərdə bir yerdə işlədiyim İlkin Vaqifoğlu da vardı. Elə indi də var. İlkinin öz dünyası vardı. Elə indi də jurnalistikada həmin dünyadadı. O vaxtlar mediada qəzet hökmranlığı vardı. İnternet mediası yox idi axı. Ən qalmaqallı, aləmi qarışdıran, gündəm yaradan xəbərlər hər zaman İlkində olardı. Mənfi cəhəti o idi ki, kiçik bir xəbəri böyük bir yazıya çevirirdi. O vaxt qəzet dilində buna "palaz boyda yazı" deyilirdi. Amma insafən deyim ki, qəzetin təlabatı da buna sövq edirdi. Qonarar həm maraqlı xəbərə, həm də yazının ölçüsünə görə təyin edilirdi. Buların hər ikisi isə İlkində vardı. İlkin isə elə həminki İlkindi. Nə yazı üslubu dəyişib, nə də o qalmaqal yaradacaq xəbər tapma "iyini" itirib. Dəyişən tək şey bu yazıları o vaxt qəzetdə, indi isə saytda dərc etməsidir.
İlkinin klub və federasiyalarda hər zaman yaxın tanışları olub. O gizli xəbərlər də həmin şəxslər tərəfindən ya öz maraqlarına uyğun olaraq sızdırılırdı, ya da xətir-hörmətə deyilirdi. Təbii ki, bundan qazanan da jurnalist və qəzeti olurdu ki, oxucu da "ac" qalmırdı.
Bular hamısı bir yana... Bəhs etdiyim illər öncəki ölkəmizin idman mediasında çox maraqlı jurnalistika hökm sürürdü. Çünki çox böyük rəqabət vardı. Zaman keçdikcə isə bu rəqabət azalmağa başladı. Çünki jurnalistlər tərəf seçməyə başladı. İş elə gətirdi ki, tərəfsiz jurnalist pul qazana bilmədi, idman mediasında. Ya da az qazanmağa qane olmadı.
Hazırda ölkə futbolunu əlinə alıb, başına ip keçirərək əlində hərləyən Elxan Məmmədovun AFFA-ya gəlişi isə hər şeyi tamamən dəyişdi. Elxan futbol haqqında bir anlayış sahibi olmasa da, siyasətçil adamdı. "Parçala və hökmranlıq" et prinsipini çox gözəl həyata keçirdi. Nəticədə ölkə futbolunu necə parçalayıb öldürdüsə, eyni aqibəti idman mediasına da yaşatdı. Yığa bildiklərin AFFA-da açılan qəzetə topladı, qalanlarını da müəyyən yollarla özündən asılı vəziyyətə saldı. Beləliklə də ölkədə idman mediasının böyük əksəriyyəti Elxanın təsir dairəsinə düşdü. İlkin isə hər zaman öz ampulasında qaldı.
Müxtəlif zamanlarda olduğu kimi, hazırda da İlkinin sıradan çıxarılması üzrə ciddi "işlər görülür". İnsanlar özlərini o qədər şərəfdən yoxsul hiss edirlər ki, İlkinin yanında işləyən jurnalistə ordan çıxması üçün pul belə təklif edirlər. Təbii ki, vicdanı olan özündə olana uyğun davranacaq. Olmayana isə nə deyəsən?
Ən gülməlisi bilirsiz nədir? Vaxtilə hansısa klubla səfərə getmək üçün bəndənizə "sən can, gör mənidə apararlar səfərə? İlkinə də de, o da desin, bəlkə apardılar" kimi xahişlər edən jurnalist, indi İlkinin hansısa klubdan nəsə yazmağına qıcıq olaraq ondan nələrsə "cızma qara" edir. Təbii ki, kiminsə sifarişiylə. Sifariş demişkən, 100, 150, 200 manata sifarişlə İlkindən yazı yazan insan necə qarşı tərəfi nədəsə ittiham edə, günahlandıra bilər?
Bilirsiz səbəb nədir? İnsanda iman olmalıdı. Bir şəxs ədalətli davrana bilər, çoxları da onun ədalətli olduğunu zənn edər, tanıya bilər(lər). Ancaq İman olmadığında o ədalət mütləq büdrəyir və buna məhkumdu. Çünki imansız insan öz nəfsinə yenik düşür. Nəfsi ilə ədaləti arasında seçim eməli olduğunda, birincini seçir. Nəfs şəxsi mənafeyi hər şeydən üstün tutur. İmanda olan ilahi ədalət prinsipi isə haqqın haq sahibinə verilməsini, istənilən işdə və halda haqlının yanında olmağı əmr edir.
İlkin, indi özünü hər zaman yaxşı oğlan, jurnalist kimi göstərməyə çalışan bəzi imansızların sürü halında sənə "hücum" çəkmələrindən qəti narahat deyiləm. Çünki imanı olmayandan ədalətli davranmağı gözləməyi öyrətməyib bizə, Həzrəti Əli (ə) məktəbi. O sürünün indi sənin üstünə gəlmələrində öz təqsirində var. Yersiz yerə hər adama "qardaş" demə. Gün gələr, o, qardaş dediyin sapı özündən baltaya çevrilər və səni kəsməyə çalışar. Necə ki, bu aralar bunu hiss etməmiş deyilsən.
Bəndənizdən sənə bir kiçik həmkar tövsiyyəsi: Ədalətlə iman məhfumunu bir birinə qatma. Ədalətli gördüyün hər insan imanlı ola bilməz. Amma imanlı bildiyin insan balasından sənə ədalətsizlik gəlməz.
İdman mediasında tutduğun, hələ də buraxmadığıln sükanı belə də saxla. İndi hər kəs sənin üstünə gəlirsə demək, haqlı yolda irəliləyirsən. Axı indi imanlı adam tapmaq çox çətindi...
Jurnalistikaya gəldiyim ilk günlərdən Pantera ("Bəbir"li imzasına görə) deyə səsləndiyin Vüsal Hacı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |