“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu

12.03.2024 | 6387 dəfə oxunub

“Araz Naxçıvan”ın hücumçusu Orxan Əliyev İdmanxeber.az saytına müsahibə verib.

28 yaşlı futbolçu komandanın “Turan Tovuz”a məğlubiyyətindən (0:2) və komandanın əleyhinə verilən hakim qərarlarından danışıb. O, milli komandada oynamağa layiq olduğunu da bildirib:

– “Turan Tovuz”la matçda məğlubiyyətin səbəbləri nə oldu?

Görüş çox maraqlı keçdi. “Turan Tovuz” bizdən üstün oynamadı. Bilirik ki, burada çıxış etmək asan deyil. Biz də çalışıdıq yaxşı mübarizə göstərib, xallar qazanaq. Ancaq alınmadı. Verilməyən iki penalti epizodu bizi “sındırdı”. Nuno Rodriges və Nicat Süleymanovun epizodunda qayda pozuntusu var idi, amma penalti verilmədi. Ən azından baş hakim VAR-a baxmalı idi, onu da etmir. Niyə belə edirlər, bilmirəm. Bizə çox təsir edir bu şeylər. Psixoloji olaraq çökürük”.

– Bu məğlubiyyətin səbəbkarının hakimlər olduğunu deyə bilərik?

Xeyr, hər şeyi onların üstünə atmaq istəmirəm. Ancaq diqqətli olsunlar. Bu epizodlara baxsınlar. Axı biz də əziyyət çəkirik, vuruşuruq. Oynamaq, xal qazanmaq istəyirik. Qırmızı vərəqəyə görə VAR-a baxırlar, amma penalti epizodlarını izləmirlər. Bizə vurulan ikinci qoldan sonra hakim monitora baxsa da, yenə qolu qeydə aldı. Orada təmas var idi. Nicat dedi ki, ayağıma vurdular.

– Turnir cədvəlində bu mövqedə olmağınızda hakimlərin də rolu var?

Çox şeyi onların üstün atmaq istəmirəm. Amma bəzi şeylər bizə toxunur. Məcbur bunları dilə gətirməliyik. Bəzən çox emosional şəkildə deyirik. Nəticədə qərarı onlar vermir. 

– Ümumiyyətlə, komanda mövsümün əvvəlindəki oyunu göstərmir. Bunun səbəbləri nədir?

Deməzdim nəsə xüsusi səbəblər var. Biz yenə çalışırıq, vuruşuruq. Bu məğlubiyyətlər çox pis təsir edir. Tovuza qələbə üçün gəlmişdik. Çünki aşağı pillələrə doğru gedirik, bu da heç yaxşı deyil. Amma belə penalti epizodları olanda toparlana bilmirik. Vəziyyətdən çıxmaq üçün bir qələbə lazımdır.

– Növbəti turda sonuncu yerdə gedən “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Səncə, gözlədiyiniz 3 xalı bu görüşdə qazanmaq mümkün olacaq?

Çempionatda asan komanda yoxdur. Sonuncu olsun, birinci olsun, fərq etmir. Hamı güclüdür. Sadəcə, kiminsə bəxti gətirir xal yığa bilir, kiminsə gətirmir. “Qəbələ” də yaxşı komandadır. Bizi daha bir çətin oyun gözləyir. 

– Mövsümü pis keçirmirsən. Qarşıda millinin oyunları var. Dəvət gözləyirsən?

Əlbəttə, gözləyirəm. Mən də azərbaycanlıyam, yığmada oymamaq istəyirəm. Məşqçidən dəvət gözləyirəm.

Həsən Quluzadə  IDMANXEBER



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail