Şahin Diniyev: "Komandanın tempi saxlayacağına inanmırdım"

22.07.2023 | 749 dəfə oxunub

"Səbail"in baş məşqçisi Şahin Diniyev “Konyaspor”la keçirilmiş yoxlama oyunundan sonra həm qarşılaşmanı, həm də komandanın ümumi hazırlıq prosesini dəyərləndirib.

Klubun mətbuat xidmətinə danışan təcrübəli mütəxəssis bunları deyib:

"Bu gün Türkiyə Superliqa təmsilçisi “Konyaspor”la yoxlama oyununda qələbə qazandığımız üçün sevincliyəm. Olduqca çətin rəqibə qarşı mübarizə apardıq. Əslində, bu qədər yorğunluq fonunda komandanın tempi saxlayacağına inanmırdım. Futbolçularım “Sivasspor”la oyundan 48 saat sonra daha bir sanballı rəqibə qarşı əzmkar, baxımlı futbol nümayiş etdirdi. Belə klublara qarşı yorğunluq fonunda eyni heyətin əzmkar mübarizəsi və qələbə qazanması komandamın formalaşmasından, əzmkar xarakterinin olmasından xəbər verir. Böyük rəqiblərə qarşı intizamlı, qorxmadan mübarizə apardığımız üçün bütün futbolçularıma böyük alqış düşür. İstəyim odur ki, futbolçularımda arxayınlaşma olmasın, çempionatda da bu tempi davam etdirək. Ümumi götürsək, təlim-məşq toplanışını müsbət notlarla başa vurduğumuz üçün sevincliyəm. Hazırlığımızın yaxşı keçməsində ən böyük səbəbkar, əlbəttə ki, futbolçularımdır. Onlar bu hazırlıq dövründə əllərindən gələni etdilər. Hər birinə dərin minnətdarlığımı bildirirəm. Hər kəsin oyunlara, məşqlərə, nizam-intizama, hətta istirahət dönəmində belə, işə yanaşması məni çox sevindirdi. Bir ailə ortamını bütün kollektivlə yaratmışıq, bir yumruq olaraq birləşməyimiz məni çox sevindirir”.

Şahin Diniyev həmçinin, “Səbail”in qarşıdakı günlər üçün də planını açıqlayıb: “İlk növbədə, şükür ki, iki həftəlik hazırlıq dövrünü zədəsiz başa vurduq. Sabah bütün komandanın istirahət günüdür. İyulun 23-də Ərzurumda son məşqmizi edib vətənə dönəcəyik. Bakıda komandaya iki günlük tam istirahət verəcəyəm. İyulun 26-dan isə komanda çempionatın ilk oyununa hazırlaşacaq. Ola bilsin, Premyer Liqanın ilk turuna qədər Bakıda əvəzedici heyətlə də bir yoxlama oyunu keçirdik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail