"Qəbələ"nin yeni transferi: "Elmar Baxşıyev mənə güvəndiyini və komandaya güc qatacağımı dedi" - MÜSAHİBƏ

22.07.2023 | 3832 dəfə oxunub

"Qəbələ"nin yeni transferi Rauf Hüseynli Sportal.az saytına müsahibə verib. "Qarabağ"ın yetirməsi olan, ötən mövsümü "Şamaxı"da keçirmiş müdafiəçi yeni komandasındakı məqsədlərindən söhbət açıb.

- "Qəbələ" son yoxlama görüşündə “Qostivar”la matçdan qalib ayrıldı. Yoxlama görüşü olsa da, qələbə yəqin ki, özünəinam baxımından önəmli idi?

- Bəli, qələbə hər komandaya özünəinam verir. Ancaq əsas məsələ bu oyunlarda yüklənmək, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Səhvlərimiz üzərində işləyərək inkişaf etmək istəyirik. Şadam ki, qalib gəldik.

- Ümumiyyətlə, yoxlama görüşləri arasında səncə, hansı matçda daha yaxşı oynadınız? 

- Hər oyunun bizə öz xeyri oldu. Təbii ki, oyundan-oyuna komanda daha çox formalaşmağa başlayıb. Hansısa oyunu digərindən fərqləndirməzdim. Çünki hər matç bizim üçün vacibdir. Hər oyunun öz xeyri var.  

- Artıq komandada anlaşma yaxşı səviyyədədir? Komandaya öyrəşmisən? 

- Bəli, komandaya gələndən futbolçular, məşqçilər korpusu, tibbi heyət, hamı adaptasiya üçün mənə çox kömək oldu. Ona görə də adaptasiyanın çətin olduğunu deməzdim. Hər şey qaydasındadır.

- Avrokuboklardakı rəqibiniz “Omoniya”dır. Heç onların hazırlığı, yoldaşlıq matçları ilə maraqlanmısız?

- Bizi daha çox öz oyunumuz maraqlandırır. “Omoniya” ilə bağlı lazım olan məlumatları məşqçilər bizə çatdıracaq. “Omoniya” çox ciddi rəqibdir, son illərdə stabil oyun sərgiləyirlər. Hazırlığımız hələ də, davam edir. Tam hazır olmağa çalışacağıq.

- "Omoniya" səddini keçə biləcəksiz?

- İndidən nəsə demək çətindir. "Omoniya" güclü rəqibdir. Meydanda məşqçilər korpusunun tapşırığını yerinə yetirməyə çalışacağıq. Komandamıza inanıram.

- Bir müddət əvvəl “Qəbələ” ilə müqavilə imzaladın. Niyə məhz bu komandanı seçdin? Həlledici rolu nə oynadı?

- Təəssüratım çox yaxşıdır. Məni yaxşı qarşıladılar. “Qəbələ” Azərbaycan futbolunda adlı-sanlı, hörmətli klubdur. Bu klubun bir parçası olmaq mənim üçün xoşdur. “Qəbələ” Premyer Liqada baxımlı oyun sərgiləyən bir neçə komandadan biridir. Yaxınlarımla məsləhətləşdim. Sonda da seçimimi “Qəbələ”dən yana etdim.

- Yəqin ki, Elmar Baxşıyevin özü ilə də danışdınız. Sənə nə dedi?

- Elmar Baxşıyev də məni çox mehriban və xoş qarşıladı.  Mənə güvəndiyini və komandaya güc qatacağımı dedi. Gözləntilərini doğrultmaq üçün əlimdən gələnini edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail