Filip Ozobiç "Qarabağ"dan niyə ayrılıb? - MSAHİBƏ

19.07.2023 | 1154 dəfə oxunub

Azərbaycan milli komandasının və "Neftçi"nin futbolçusu Filip Ozobiç Rusiyanın "Matç TV" kanalına geniş müsahibəsininin Azərbaycanla bağlı hissəsini təqdim edirik.

- Filip, barmağında üzüyün olmaması diqqətimi çəkdi. Demişdin ki, yayda toyun olacaq. Hələ də evlənməmisən?

- Hələ yox (gülür). Fikirləşdim ki, toy bu yay olacaq. Amma gələn ilə təxirə salmalı olacam. İstərdim ki, toyum Xorvatiyada olsun. Amma qızın dediyi yerdə keçiriləcək (gülür).

- Buna baxmayaraq, sən yayda son illərin Azərbaycan çempionu "Qarabağ"ı tərk edərək "Neftçi"yə keçdin. Buna səbəb nə idi?

- Mənim müqaviləm başa çatırdı. Yeni əməkdaşlıq təklif edən isə yox idi. Başa düşürdüm ki, klub yeni oyunçular dəvət edir və mənimlə yola davam etmək istəmir. Həm də mən mövsümün yarısını zədəyə görə buraxmalı oldum. Ona görə də az halda oynamaq şansı qazanırdım. 

- Çoxlu titul qazandığın komandanı hansı hisslərlə tərk edirdin? 

- "Qarabağ"la dörd dəfə Azərbaycan çempionu olmuş və avrokuboklarda oynamışdım. Azarkeşlərə hər oyundakı dəstəklərinə görə təşəkkür edirəm. Bu komandanın tərkib hissəsi olmaq mənə xoş idi. Bunlar həmişə məndə isti xatirə kimi qalacaq. Amma indi mənə irəli baxmaq lazımdır. Hazırda bütün fikrimi "Neftçi" ilə yüksək nəticələr qazanmağa yönəltmişəm. 

- "Neftçi" ilə müqavilən sənin karyeranda sonuncudur, yoxsa 34 yaşında onu bitirmək haqda hələ düşünmürsən?

- Bu, mənim üçün çox erkəndir. Oynamaq və yenə də oynamaq istəyirəm (gülür). Luka Modriçin 38 yaşında ağlagəlməz formada olmasına baxmaq kifayətdir. Bu, məni futbolda mümkün qədər uzun müddət qalmağa motivasiya edir. O ki qaldı müqaviləyə, sonra nə olacağını düşünmək hələ tezdir. Ümid edirəm ki, yaxşı oynayacam və “Neftçi”nin uğur qazanmasına kömək edə biləcəyəm.

- Çempion olmağınız realdır?

- Mövsüm başlamazdan əvvəl rəhbərlik bizi yığıb, hədəfləri açıqlayacaq. Təbii ki, istənilən futbolçu çempion olmaq istəyir. Onu deyə bilərəm ki, turnir cədvəlində mümkün qədər yüksək yerdə olmaq üçün əlimizdən gələni edəcəyik. İndi isə biz bir həftə əvvəl komandaya gələn yeni baş məşqçinin tələblərinə uyğunlaşırıq.

- Yeni baş məşqçi Adrian Mutu oldu.

- Uşaq vaxtı onun oyununa televizorda baxırdım. Çox əla futbolçu idi. Belə yüksək adı, futbol anlayışı olan adam baş məşqçi olursa, hər bir futbolçu özünü 100 faiz göstərmək, yeni nəsə öyrənmək istəyir. Mən məşqçimizlə danışdım. O, məni həmişə oynadığım 10 nömrə mövqeyində görmək istəyir.

- Rusiyalı futbolçulara Azərbaycana getməyi məsləhət görərdiniz?

- Bizdə yaxşı çempionat var. Təbii ki, Rusiyadakı qədər güclü deyil. Amma burada da yaxşı oyunçu çoxdur. Amma başqa bir məqam var ki, maliyyə şərtləri çətin ki, rusiyalı futbolçuları qane etsin. Rusiyada yüksək maaş təklif edə bilən çoxlu böyük klub var. Futbolçulara heç yerə getməmək, RPL-də qalmaq sərfəlidir. Bu, mənim fikrimdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail