"Sumqayıt"dan iki transfer

14.06.2021 | 1230 dəfə oxunub

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb. Stadium.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər də bu komandanın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu "74" nömrəli formada çıxış edəcək. Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında "Sumqayıt"da çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

“Sumqayıt” Yusif Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə cəlb edib. "Kimyaçılar" son mövsümü “Keşlə”də keçirmiş Xəzər Mahmudovla 2 illik müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında “19” nömrəli formada çıxış edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail