"Futbol komanda oyunudur, boks deyil" - Kaxaber Tsxadadze

14.07.2021 | 4493 dəfə oxunub

Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransı keçirib. 

Stadium.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- "Neftçi"ni qələbə münasibəti ilə təbrik edirəm. Bu nəticələr bizim buraxdığımız səhvlər nəticəsində oldu. Mən isə belə səhvləri bağışlamıram.

- Daxili birincilikdən fərqli avrokuboklarda uğur qazana bilmirsiniz. Bunu nə ilə izah edə bilərsiniz?

- Burada hər kəsin günahı var. Konkret kimisə günahlandırmaq olmaz.

- “Neftçi”nin gücünü o qədər də yüksək qiymətləndirmədiniz. Bu komandanın növbəti mərhələdə “Olimpiakos” önündə şanslarını necə dəyərləndirirsiniz?

- 4 qoldan 3-nü öz qapımızdan vurduq deyəndə öz səhvlərimizi nəzərdə tuturdum. “Neftçi”ni, onun prezidentini çox gözəl tanıyıram. Bizim dostluq münasibətimiz var. Bu komandanın növbəti mərhələdəki çıxışı barədə danışmaq istəməzdim. - Nələr olsaydı, mərhələni keçən tərəf siz olardınız?

- Heç bir komandaya yaraşmayan bu qədər ciddi səhvlər etdik. Penalti vuran komanda qalib gəlməlidir. "Neftçi" hər iki görüşdə bunu etdi və qələbə qazandı

- Samir Abasov vaxtilə sizin futbolçunuz olub. Keçmiş yetirmənizə hər iki görüşdə məğlub olmaq necə hissdir?

- Futbol komanda oyunudur, boks deyil. Biz Samirlə dalaşmamışıq. Sadəcə, futbol oynamışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail