“Qarabağ”dan ayrılıb Səudiyyəyə getdi

26.07.2021 | 5042 dəfə oxunub

“Qarabağ” klubu futbolçusu Uroş Matiçlə yollarını ayırıb. Stadium.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarıımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Köhlən atlar" göstərdiyi xidmətə görə oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Uroş Matiç ötən ilin yayından "Qarabağ"da çıxış edirdi. Artıq onun yeni klubu da bəlli olub. 

31 yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Təcrübəli oyunçu bu ölkənin "Abha" klubuna keçib. O, 2 illik müqaviləyə qol çəkib.

Ölkəsinin mətbuatına danışan Matiç Türkiyədən bir neçə təklif aldığını da gizlətməyib: "Yaxşı liqada çıxış edəcəyim üçün şadam. Burada kifayət qədər səviyyəli futbolçular və məşqçilər var. Keçidimi həll edən agentimə təşəkkür edirəm. Türkiyədən bir neçə təklifim olsa da, qardaşım Nemanya Matiç buraya gəlməyimi məsləhət gördü. Mən də "Abha"ya keçməyə qərar verdim. Düşünürəm ki, bu klubda yaxşı karyeram ola bilər".

Uroş Matiç "Qarabağ"a ötən ilin yayında keçmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail