Samir Abbasov: "Oyuna tam hazırıq"

27.07.2021 | 4241 dəfə oxunub

"İlk oyundan sonra artıq rəqib haqqında məlumatlıyıq. Sabahkı oyuna tam hazırıq. Bizi gərgin və maraqlı görüş gözləyir".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, oyun öncəsi böyük ajiotaj var: "İnanırıq ki, azarkeşlərimizə gözəl hədiyyə edəcəyik. Buna gücümüz çatacaqmı, sabah bilinəcək. Yaxşı potensialımız var. İtkilərimiz haqqında danışmaq istəmirəm. Sabahı gözləyirik"

Abasov heyətlə bağlı problemləri olduğunu etiraf edib: "Bu gün taktiki sxemdən danışmaq istəmirəm. Bəzi futbolçular barədə xəbər gözləyirik. Heyətimiz barədə düşünməliyik".

Baş məşqçi "Bakcell Arena"nın ot örtüyü ilə bağlı da danışıb: "Bu işə baxan insanlarla bilavasitə danışdım. Səbəbini soruşdum. Mənə hər şeyi izah etdilər. Elə məqamlar var ki, meydançalar istirahət etməlidir. Bilirsiniz ki, Türkiyə millisi burada məşq edib. Hava şəraiti çox istidir. Ot örtüyünə qulluq etmək çətindir. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq".

Abasov dəstəyə görə azarkeşlərə təşəkkür edib: "Fanatlarımız sağ olsunlar. Çox aktivdirlər, bizə kömək edirlər. Bizə verdikləri dəstək olduqca önəmlidir. Bu, oyunçuların psixoloji durumuna da təsir edir".

Təcrübəli mütəxəssis bərabərlik halında, komandasının 120 dəqiqəlik mübarizəyə tam hazır olduğunu vurğulayıb: "Mert Çelik və Namik Ələskərovdan başqa itkimiz yoxdur. Heç bir futbolçumuzun kənarda qalmasını istəmərik".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail