UEFA məhkəmədə Avropa Super Liqa klublarına uduzdu

31.07.2021 | 4666 dəfə oxunub

UEFA Avropa Super Liqasının təşkili ilə bağlı məhkəməni uduzub. Stadium.Az xəbər verir ki, bu barədə "Real", "Barselona" və "Yuventus"un birgə yaydığı açıqlamada bildirilib.

UEFA-nın məhkəməni uduzduğu üçün təsisçi klublara qarşı sanksiyaları ləğv etmək məcburiyyətində qaldığı vurğulanıb. Açıqlamada məhkəmənin 3 klubla bağlı intizam işinə son qoyulmasına, həmçinin digər 9 kluba tətbiq edilən cərimə və məhdudiyyətlərinin ləğv edildiyi bildirilib.

"Məhkəmə Superliqanın təşkilatçılarının mövqeyini təsdiqlədi və məhkəmənin qəbul etdiyi qətnaməyə əməl edilməməsinin maliyyə sanksiyalarına və cinayət məsuliyyətinə səbəb ola biləcəyini təsdiqləyərək UEFA-ya yenidən xəbərdarlıq etdi. Bundan əlavə, işə Avropa Birliyinin Lüksemburqakı məhkəməsi baxacaq. Görüşün mövzusu UEFA-nın Avropa futbolunda inhisarçı mövqeyinin müzakirəsi olacaq" - deyə açıqlamada yazılıb.

Bundan başqa, üç klub UEFA-nın Avropa futbolundakı inhisarçılığının oyuna zərər verdiyini və Superliqa layihəsinə sadiq qaldıqlarını qeyd ediblər. Klublar iştirak etdikləri turnirləri idarə etmək hüququna sahib olduqlarını da bildiriblər.

Aprelin 18-də  “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan "Real", "Barselona" və "Yuventus"dan başqa digər klublar turnirdən imtina ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail