Azərbaycanda cüdoçu yarış zamanı qətlə yetirildi

27.11.2022 | 10753 dəfə oxunub

“Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib".

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - deyə məlumatda bildirilir. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Məlumata görə, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail